Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

Ermənistan: Azərbaycan Araz vadisində yeni hücuma keçib, 84 erməni hərbçi həlak olub


AzadlıqRadiosunun Erməni xidməti Dağlıq Qarabağdakı separatçı rejimə istinadən xəbər verir ki, Azərbaycan ordusuna qarşı döyüşlərdə daha 26 erməni hərbçi öldürülüb.

Beləliklə erməni hərbçilər arasında həlak olanların sayı 84-ə çatıb.

***

Ermənistanın Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Araz çayı vadisində və Matagis-Talış sahəsində yeni genişmiqyaslı hücum əməliyyatına başlayıb.

Bu barədə məlumatı nazirliyin sözçüsü Artsrun Ovannisyana istinadən AzadlıqRadiosunun Erməni xidməti yayıb.

Ovannisyan iddia edir ki, “Artsaxın müdafiə ordusu bütün hücumları uğurla dəf edir və düşmənın canlı qüvvəsini və texnikasını əhəmiyyətli itkiyə məruz qoyur”.

Ermənistan səfiri Qarabağ əhalisinin 'mümkün təxliyəsindən' danışıb

Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan deyib ki, Ermənistan regionda vəziyyətin kəskinləşməkdə davam edəcəyi təqdirdə Dağlıq Qarabağ əhalisinin mümkün təxliyəsi üçün humanitar dəhlizlərin yaradılması üzərində işləyir.

Səfir “Qovorit Moskva” radiosuna deyib:

“Belə məsələlər işlənir. Amma biz ümid edirik ki, iş bu yerə çatmayacaq”.

TASS xəbər agentliyinin məlumatına görə səfir deyib ki, humanitar dəhlizlər planı üzərində iş mühümdür:

“O cümlədən nəzərə alınmalıdır ki, bügünlər ərzində bütün qadın və uşaqlar zirzəmilərdə və bomba sığınacaqlarındadır”.

Erməni tərəfi 58 hərbçisinin öldürüldüyünü deyir

AzadlıqRadiosunun Rus xidməti Dağlıq Qarabağın separatçı rejiminə istinadən bildirir ki, Azərbaycan ordusuna qarşı döyüşlərdə daha 27 erməni hərbçi həlak olub.

Beləliklə həlak olan erməni hərbçilərin sayı 58-ə çatıb.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan demişdi ki, erməni tərəfindən yaralananların sayı 200-dür.

O bildirib ki, yaralıların bir hissəsi Yerevana gətirilib.

***

Erməni tərəfindən həlak olanların 58-ə çatdığı xəbər verilir

AzadlıqRadiosunun Rus xidməti Dağlıq Qarabağın separatçı rejiminə istinadən bildirir ki, Azərbaycan ordusuna qarşı döyüşlərdə daha 27 erməni hərbçi həlak olub.

Beləliklə həlak olan erməni hərbçilərin sayı 58-ə çatıb.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan demişdi ki, erməni tərəfindən yaralananların sayı 200-dür.

O bildirib ki, yaralıların bir hissəsi Yerevana gətirilib.

AzadAvropa/AzadlıqRadiosu yazır ki, sentyabrın 28-də Dağlıq Qarabağ regionunda döyüşlərin ikinci günə keçməsi Rusiya və Türkiyə kimi region güclərinin münaqişəyə cəlbi riskini yaradır.

Azərbaycan tərəf artıq 7 dinc sakinin öldüyünü, 19 nəfərin yaralandığını açıqlayıb.

Dağlıq Qarabağdakı separatçı rejim isə sentyabrın 28-də bəyan edib ki, iki mülki şəxs və 32 hərbçisi öldürülüb. 100-dən çox yaralının olduğu bildirilir.

Döyüşlərin birinci günü tərəflər əməliyyatlara vertolyotları, dron, tank və artilleriyanı cəlb edib.

İyulda dörd günlük əməliyyatlarda hər iki tərəfdən biri dinc sakin olmaqla azı 17 nəfər öldürülmüşdü.

“Biz Cənubi Qafqazda irimiqyaslı müharibə astanasındayıq”, – Ermənistanın Baş naziri Nikol Paşinyan xəbərdarlıq edib.

Region ölkələrindən Türkiyə müttəfiqi Azərbaycana dəstəyini bildirib. Paşinyan isə qlobal gücləri Türkiyənin münaqişəyə müdaxiləsinin qarşısını almağa çağırıb.

Hulisi Akar: Ermənistan işğal etdiyi torpaqları boşaltmalıdır
Gözlə

No media source currently available

0:00 0:02:03 0:00

“Muzdlu əsgərlər”

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı sentyabrın 27-də bildirib ki, Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar Azərbaycana köməyə göndərilə bilər.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə bu iddiaları “tamamilə cəfəng” adlandırıb.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar sentyabrın 28-də deyib ki, Ermənistan "terrorist və muzdlu əsgərləri" geri göndərməlidir. Onun sözlərinə görə, Ermənistan dərhal hücumları dayandırmalıdır, xaricdən gətizdirdiyi pullu əsgərləri, terroristləri geri göndərməlidir. Nazirin fikrincə, Ermənistan işğal etdiyi əraziləri azad etdikdən sonra atəşkəsin, sülhün önü açılacaq.

Türkiyənin münaqişəyə mümkün müdaxiləsi Rusiya tərəfindən diqqətlə izlənməkdədir. Bu iki ölkə Liviya, Suriya münaqişələrində əks tərəfləri dəstəkləyirlər.

Rusiya həm Azərbaycana, həm də Ermənistana silah satır, ancaq Ermənistanda hərbi baza saxlayır.

Dağlıq Qarabağ münaqişəsi Sovet İttifaqının dağılması ilə başlanıb, Ermənistanın dəstəklədiyi separatçılar müstəqillik elan ediblər. 1988-1994-cü illərdə münaqişədə azı 30 min nəfər öldürülüb, yüzminlərlə insan evindən didərgin düşüb. 1994-cü ildə atəşkəs imzalananadək artıq Dağlıq Qarabağ və ətraf regionlar separatçıların nəzarəti altında idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG