Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Berdimuxamedov ömürlük prezident olacaq?


Qurbanquli Berdimuxamedov
Qurbanquli Berdimuxamedov

Dövlət mediası sentyabrın 25-də Xalq Şurası və deputatların təsdiqindən sonra Berdimuxamedovun dəyişiklikləri imzalaması barədə xəbər yayıb

Türkmənistanın avtoritar lideri Qurbanquli Berdimuxamedov konstitusiyaya dəyişiklikləri imzalayıb. Sərt nəzarətdə olan bu ölkədə sənədin detalları tam bəlli deyil.

Dövlət mediası sentyabrın 25-də Xalq Şurası və deputatların təsdiqindən sonra Berdimuxamedovun dəyişiklikləri imzalaması barədə xəbər yayıb. Prezident özü bir il öncə bu təkliflə çıxış etmiş, layihəni hazırlayan komissiyaya da özü başçılıq edirdi.

Parlamentin strukturu dəyişir

Türkmənistan vətəndaşlarının dəyişikliklərin konkret mahiyyətindən xəbəri yoxdur. Bircə bilinən odur ki, təkpartiyalı parlament olan Məclis Xalq Şurası ilə birləşəcək və ikipalatalı qurum yaradılacaq.

Xalq Məsləhəti adlı şura 2017-ci ildə Ağsaqqallar Şurasının əsasında təsis olunub. Berdimuxamedov bu orqanın sədridir.

Tənqidçilərin sözlərinə görə, Berdimuxamedov dəyişikliklərdən istifadə edərək özünün ömürlük prezidentliyini, sonucda hakimiyyətin oğluna və nəvələrinə keçməsini təmin etmək istəyir.

Bu ayın əvvəlində onlarla türkmənistanlı Vaşinqtonda, Hyuston və Pitsburqda yürüşlərə çıxaraq plana etiraz ediblər

Hökumətin tənqidçiləri və insan haqları qrupları 2006-cı ildə avtokrat lider Saparmurat Niyazovun ölümündən sonra hakimiyyətə gəlmiş Berdimuxamedovun narazıları susdurduğunu, ölkədə çox az dəyişikliklər etdiyini deyirlər.

Berdimuxamedov da mərhum sələfi kimi hakimiyyətinin saxlanmasında əsas məhsul və xidmətlərin əhaliyə güzəştli qiymətə satılmasından yararlanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG