Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Prezident avropalı elçiyə bunları deyib


Görüş. 25 sentyabr 2020
Görüş. 25 sentyabr 2020

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə prezident İ.Əliyev Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən bəhs edib.

"Bildiyiniz kimi, bir müddət əvvəl sərhəddən ordumuz çıxarılmışdı və indi Ermənistanla dövlət sərhədinin böyük bir hissəsi sərhəd xidməti tərəfindən mühafizə olunur. Bu, bizim Ermənistanla dövlət sərhədində heç bir hərbi niyyətlərimizin olmadığını göstərir. Ola bilsin ki, bu, onlara yanlış bir mesaj idi. Onlar bizə hücum edə biləcəklərini, dövlət sərhədini keçə biləcəklərini və yeni əraziləri işğal edə biləcəklərini düşündülər", - prezident qeyd edib.

Azərbaycan prezidenti gərginliyin artmasında Ermənistanın məsuliyyət daşıdığını qeyd edib: "İşğal olunmuş ərazilərdə, Xankəndidə Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır" bəyanatı faktiki olaraq Ermənistanın danışıqları tərk etməsini nümayiş etdirirdi. Çünki əks halda o, bu qəbuledilməz və yanlış bəyanatı səsləndirməkdən çəkinərdi".

Prezidentin vurğulamasına görə, Ermənistan müharibəyə hazırlaşır: "Bunun başqa bir göstəricisi odur ki, onlar könüllülərdən ibarət qoşun yaradıldığını elan ediblər və bəyanatlara əsasən, bu dəstələr on minlərlə adamdan ibarət olacaq...".

"...nə edə biləcəyini görmək istəyirəm"

Prezidentin deməsinə görə, ölkəsinin kəşfiyyat mənbələrində məlumat var ki, çox ciddi hərbi hazırlıqlar gedir: "Onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir. Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik,…".

İ.Əliyev sonda da deyib: "Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm".

Xəbərə görə, Avropa İttifaqının xüsusi nümayəndəsi T.Klaar deyib ki, son aylarda narahatlıq doğuran çox hadisələr baş verib: "Mənim bu gün burada olmağımın xüsusi səbəbi məhz budur. Bilirsiniz ki, ali nümayəndə sizin xarici işlər naziri, eləcə də Ermənistanın xarici işlər naziri ilə təmasda olub. Avropa İttifaqı Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və sülhün olmağında çox maraqlıdır. Mən öz növbəmdə vəziyyətin necə olduğunu öyrənmək üçün buradayam".

Xatırlatma

Qarabağ münaqişəsi ilə bağlı hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbəüz mövqelər tutub. Bu münaqişə1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal edilib. Atəşkəs olsa da, qoşunların təmas xəttindən tez-tez onun pozulmasına dair məlumatlar gəlir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər. Hətta sülh danışıqlarına sədaqətli olduqlarını bəyan edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG