Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 18:06

Reportyor cərimələnərək sərbəst buraxılıb


Polis

Sentyabrın 24-də səhər saatlarında polisin saxladığı açıqlanan reportyor Anar Abdullayev cərimələnərək sərbəst buraxılıb.

Bunu AzadlıqRadiosuna A.Abdullayevin özü deyib.

Reportyorun sözlərinə görə, Nərimanov rayonu 18-ci polis bölməsində onun barəsində protokol tərtib edilib: "İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib etdilər və 50 manat məbləğində cərimə etdilər. Guya mən ünvansız söyüş söymüşəm. Əslində isə, heç bir söyüş olmayıb, mən öz peşə fəaliyyətimi yerinə yetirmişdim. Tural Qarayev adlı şəxs məni təxribata çəkmək istəyirdi və mən polis bölməsinə aparıldım. Hazırda sərbəstəm, qərardan şikayət verəcəm".

Daxili İşlər Nazirliyi və Tural Qarayevdən isə bu açıqlamaya münasibət almaq mümkün olmayıb. T.Qarayevlə bağlı da hansı qərar verildiyini öyrənmək cəhdləri, hələlik, nəticə verməyib.

Reportyor A.Abdullayevin saxlandığı deyilir

Reportyor Anar Abdullayevin sentyabrın 24-də bir müəllimənin Təhsil Nazirliyi önündə etiraz aksiyasını işıqlandırarkən saxlandığı bildirilir.

Hadisə yerində olan reportyorların dediklərinə görə, çəkiliş zamanı A.Abdullayevə hücum baş verib. "Biz çəkiliş aparırdıq, elə bu zaman da polis xidməti vəsiqə göstərməyimizi tələb etdi. Tural Qarayev adli şəxs də peyda oldu, Anarı "Siz massonlara işləyirsiniz", - deyə ittiham etdi...", - reportyorlardan Ülviyyə Əli bildirib.

Onun sözlərinə görə, həmin şəxs əl-qol hərəkəti ilə müxtəlif sözlər də işlədib: "Polis hər iksini saxlayaraq Nərimanov rayon 18 saylı polis bölməsinə aparıb. Artıq bir neçə saatdır ki, ordadırlar".

Siyəzən rayonundan gələn və özünü müəllimə Ceyran Rəhbəri kimi təqdim edən xanım isə bildirib ki, işlədiyi gimnaziyada ona qarşı ədalətsizliyə yol verilib.

Hələlik, baş verənlərə Təhsil, Daxili İşlər nazirlikləri və saxlanan şəxslərdən münasibət almaq mümkün olmayıb.

T.Qarayevin 2019-cu il aprelin 17-də müxalif siyasətçi Fuad Qəhrəmanlının yeniyetmə qızına hücum etdiyi də bildirilirdi. Yeniyetmənin anasının şikayətindən sonra T.Qarayev kiçik xuliqanlıqda təqsirli bilinərək 15 sutka inzibati cəza almışdı.

Multimedia

XS
SM
MD
LG