Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:50

Qəbul nəticələri elan olunub


DİM

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

Tələbə adı qazanan şəxslər sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat ali təhsil müəssisələrində onlayn qaydada həyata keçirilməlidir.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin müsabiqəsində 66 min 464 nəfər iştirak edib. Onlardan 42 min 731 nəfəri (o cümlədən 5 min 785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20 min 799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21 min 932 (o cümlədən 5 min 6 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

İxtisas qrupları üzrə qəbulun statistikası ilə burada tanış ola bilərsiniz.

Xatırlatma

Bu il iki nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğundan müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub. Bu siyahıya habelə, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil alan 10 gənc də daxildir.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi sentyabrın 26-dan 30-dək internet vasitəsilə aparılacaq.

Multimedia

XS
SM
MD
LG