Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:52

Cənubi Koreyadan gedəni öldürüb, cəsədini də yandırıblar


Şimali Koreya lideri Kim Cong Un sənəd imzalayır, arxiv fotosu
Şimali Koreya lideri Kim Cong Un sənəd imzalayır, arxiv fotosu

47 yaşlı rəsminin niyə güllələndiyi bəlli deyil, amma ordu bunun koronavirusla mübarizə tədbiri çərçivəsində edildiyini güman edir

Şimali Koreya hərbçiləri bu həftənin əvvəlində itkin düşmüş Cənubi Koreya balıqçılıq rəsmisini güllələyib, daha sonra cəsədini neftə salıb yandırıblar. Açıqlamanı yayan Cənubi Koreya ordusu bu addımı koronavirus pandemiyasını önləmək cəhdi ilə əlaqələndirir.

Ordunun məlumatında deyilir ki, həmin şəxsin Şimala keçmək istədiyi güman olunur. O, bazar ertəsi iki Koreyanın dəniz sərhədində balıqçı gəmisində yoxa çıxıb.

47 yaşlı rəsminin niyə güllələndiyi bəlli deyil, amma ordu bunun koronavirusla mübarizə tədbiri çərçivəsində edildiyini güman edir.

Ordu kəşfiyyat mənbələrinə istinadla bildirir ki, həmin şəxs edam olunmamışdan öncə dənizdə dindirilib. Daha sonra əleyhqaz taxmış hərbçilər onun cəsədini neftə salaraq yandırıblar.

Ordu çərşənbə günü quru sərhədindən Şimala mesaj göndərdiyini, izahat tələb etdiyini, ancaq hələ cavab almadığını qeyd edir.

“Ordumuz bu vəhşiliyi qətiyyətlə pisləyir, Şimali Koreyadan izahat, məsuliyyət daşıyanların cəzalandırılmasını tələb edir”, – Baş qərargah rəisinin vəzifəsini icra edən General Ahn Yanq-ho deyib.

Oktyabrın 10-da parad keçiriləcək

ABŞ ordusunun Cənubi Koreyadakı komandiri bu ay deyirdi ki, ölkəyə koronavirusun daxil olmasını önləmək üçün Şimali Koreya əsgərlərinə “güllələyib öldürmək əmri” verilib.

Oktyabrın 10-da ölkədə böyük hərbi parad keçiriləcək, hakim Koreya İşçi Partiyasının qurulması anılacaq, bu əmr də həmin tədbirlərlə bağlı ola bilər. Bunu isə Şimali Koreya üzrə monitorinq aparan Koreya Risk Qrupunun rəhbəri Çad O’Karol deyib.

O, Twitter-də bu paradın “böyük potensial virus riski” daşıdığını qeyd edib.

İyulda üç il qabaq Cənubi Koreyaya qaçmış şəxs yenidən Şimali Koreyaya keçəndə koronavirusla bağlı böyük təlaş yaratmışdı. Axı, Pxenyan ölkədə bu xəstəliyin yayılmadığını bildirir.

O zaman Şimali Koreya rəsmiləri sərhəd şəhərini qapatmış, minlərlə vətəndaşı karantinə almışdı. Dünya Səhiyyə Təşkilatı sonradan onun testlərinin müsbət çıxmadığını bildirdi.

Ötən həftə isə Cənubi Koreya polisi bir nəfəri saxlayıb, onun sərhəd Çeorvon şəhərində hərbi təlim məkanından vaxtilə qaçdığı Şimali Koreyaya qaçmağa çalışdığı açıqlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG