Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:34

Şimali Koreya ballistik raketlər üçün miniatür nüvə cihazları ‘hazırlayıb’


Arxiv fotosu

Şimali Koreya nüvə silahları proqramını inkişaf etdirir və bəzi ölkələr onun miniatür nüvə cihazları hazırladığına inanır. Bunu BMT məxfi hesabatında bildirir. Hesabatı BMT-nin Şimali Koreyaya sanksiyalarının monitorinqini aparan müstəqil ekspertlər şurası hazırlayıb.

Hesabata görə, ölkə “güman ki, ballistik raketlərinin nüvə başlıqlarına gedəcək miniatür nüvə cihazları hazırlayıb”.

Sənəd haqda ilk dəfə məlumat yaymış “Reuters” və “dpa” xəbər agentlikləri onun avqustun 3-də BMT-nin 15 üzvdən ibarət Təhlükəsizlik Şurasına təqdim olunduğunu xəbər verirlər. Dəyərləndirmələrin üzv ölkələrdən birinin informasiyası əsasında hazırlandığı vurğulanır.

Hesabatda deyilir ki, Şimali Koreya nüvə proqramını davam etdirir, buraya yüksək zənginləşdirilmiş uran istehsalı, eksperimental yüngül su reaktorunun tikintisi də daxildir.

Şimali Koreya indiyədək altı nüvə sınağı aparıb, sonuncu 2017-ci ilin sentyabrında gerçəkləşib. Ölkə lideri Kim Jong Un ötən həftə deyirdi ki, nüvə silahları ölkənin təhlükəsizliyini təmin edəcək.

XS
SM
MD
LG