Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:19

XİN-in keçmiş idarə rəisi ev dustaqlığına buraxılıb


DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin keçmiş rəisi Faiq Bağırovun ev dustaqlığına buraxıldığı bildirilib.

e-mehkeme.gov.az elektron sistemində göstərilir ki, bu barədə qərar sentyabrın 23-də Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində verilib.

Qərara əsasən, istintaq dövründə F.Bağırovun barəsində seçilən həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi, Azərbaycanın Türkiyədəki keçmiş səfiri F.Bağırov bu ilin iyulunda həbs olunub. Onun haqqında iyulun 9-da ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə təqdimat təmin olunmuşdu. O, sonradan işdən də çıxarılıb.

F.Bağırov rüşvətdə ittiham edilir. Onun ittihama münasibətini, hələlik, ayrılıqda öyrənmək mümkün olmayıb.

Xatırlatma

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iyulun 7-də keçirdiyi əməliyyat zamanı nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev də saxlanmışdı.

Multimedia

XS
SM
MD
LG