Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:20

'Hamını bir yerə yığıb ağzımızı bağladılar...'-Məktub


A.Məhərrəmli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Aqil Məhərrəmlinin Penitensiar Xidmətin 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsində qeyri-insani rəftara məruz qaldığı bildirilir.

AXCP-dən AzadlıqRadiosuna verilən məlumata görə, hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində olan A.Məhərrəmli bunu yazdığı məktubda qeyd edib.

Məlumata görə, A.Məhərrəmli iyul ayında koronavirus diaqnozu ilə 2 saylı Cəzaçəkmə Müəssisəsindən Müalicə Müəssisəsinə köçürülmüşdü.

A.Məhərrəmli məktubunda iddia edib ki, müəssisədə saxlanılan koronavirus xəstələrinə işgəncə verilib: "Tam 41 gün 3 saylı Vərəm Əleyhinə İxtisaslaşmış Müalicə Müəssisəsində qalmışam. Hamını bir yerə yığıb ağzımızı bağladılar,...".

Məktubda qeyd edilib ki, onlar yüngül müalicə ilə xəstəliyə qalib gəliblər: "...Hələ günlərlə cəza palatasına (kars) də salındıq. Şəxsən məni 10 gün cəza palatasında saxlayıblar. Yalnız yatanda döşəklə təmin olunurdum. Bütün günü quru taxtanın üzərində yatırdım. Verilən döşək isə çox bərbad halda idi. Qoxusu dəhşət idi. Adi sabun nədir ki, onu israrla alırdıq. Bir dəfə özümü pis hiss etdim və həkim tələb etdim. Cavab bu oldu ki, "bura "tubzon"un karsıdır, burada istəklər reallaşmır…"".

Məktubda yer alan iddiaya görə, bəzi məhkumlar hətta döyülüb də.

Amma bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Amma bu qurum, bir qayda olaraq, onlara tabe müəssisələrdə məhbusların döyülməsi və işgəncələrə məruz qalmaları ilə bağlı iddiaları yalanlayırlar. Penitensiar Xidmətdən vurğulandığına görə, məhkumlarla qanun çərçivəsində davranılır.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü Babək Həsənov 2018-ci il mayın 25-də axşam saatlarında saxlanıblar. Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonu keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunublar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət ümumilikdə 412 min dollardan gedib.

Onlar barəsində Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2019-cu ildə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı S.Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü A.Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri B.Həsənovu 3 il həbsə məhkum edib. R.Nəsirli şərti azadlığa buraxılıb.

AXCP sədri Əli Kərimli ittihamı rədd edərək "qurama iş" adlandırıb.

Multimedia

XS
SM
MD
LG