Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 02:12

Prezidentin tənqidçisinə 18 il həbs cəzası


Si Cinpinq

Çin Prezidenti Si Cinpinqin (Xi Jinping) tənqidçisi, daşınmaz əmlak maqnatı Ren Jiqian korrupsiya ittihamı ilə 18 illik həbsə məhkum edilib.

Dövlətə məxsus Huayuan daşınmaz əmlak şirkətinin keçmiş sədri Renə həm də 4.2 milyon yuan (618 min dollar) cərimə kəsilib.

Pekin İkinci Aralıq Məhkəməsi Reni “korrupsiya, rüşvətxorluq, dövlət vəsaitinin mənimsənilməsi, vəzifəsindən sui-istifadə”də təqsirli bilib.

Məhkəmə Renin “cinayətləri”ni etiraf etdiyini, hökmü qəbul etdiyini bildirib.

69 yaşlı Ren Kommunist Partiyasının keçmiş üzvüdür. Onun vitse-prezident Vanq Qişan daxil olmaqla Kommunist Partiyasının elitası ilə yaxşı münasibətləri vardı.

O, iyulda partiyadan çıxarıldı, “məhdudiyyətsiz sərvət yığmaq üçün öz övladları ilə əlbir olmaqda” ittiham edildi.

Ren, oğlu və assistenti ilin əvvəlində yoxa çıxmışdılar. Bundan öncə o, Pekinin koronavirus böhranına reaksiyasını tənqid edən məqalə dərc etmişdi.

Ren əvvəllər də partiyanı sosial media postlarında tənqid edirdi.

XS
SM
MD
LG