Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:55

Belarus mediası həbsdəki fotoqrafları belə dəstəklədi


Belarus müstəqil mediası sentyabrın 17-də belə çıxıb
Belarus müstəqil mediası sentyabrın 17-də belə çıxıb

Boş çap olunmuş, yaxud internetdə boş saxlanmış səhifələrdə qeyd olunur ki, Alyaksandr Vasyukoviç və Uladz Hrıdzin “icazəsiz aksiyada iştiraka görə” 11 günlük həbs olunublar

Belarusun aparıcı müstəqil media orqanları bu gün birinci səhifələrini boş saxlayıb, “Burada foto olmalıdı idi” sözlərini yazıblar. Bununla onlar Minskdə kütləvi etirazı işıqlandırarkən həbs olunmuş iki fotoqrafa dəstək bildiriblər. Onlardan biri AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşıdır.

Boş çap olunmuş, yaxud internetdə boş saxlanmış səhifələrdə qeyd olunur ki, Alyaksandr VasyukoviçUladz Hrıdzin “icazəsiz aksiyada iştiraka görə” 11 günlük həbs olunublar.

Hrıdzin AzadAvropa/AzadlıqRadiosu-nun Minskdəki əməkdaşı, Vasyukoviç isə tut.by onlayn xəbər orqanı üçün çalışan fotojurnalistdir. Onlar sentyabrın 16-da Belarusda kütləvi toplaşma qanununu pozmaqda təqsirli biliniblər.

Bu iki jurnalistin dostu Yahor Kalyahin isə eyni ittihamla 540 rubl (210 dollar) cərimələnib.

Onlar sentyabrın 13-də Minskdə onminlərlə etirazçının nümayişə çıxdığı gün saxlanıblar. Etirazlarda 9 avqust prezident seçkisinin nəticələrinin ləğvi tələb olunur. Seçkidə Alyaksandr Lukaşenkanın qalib gəldiyi elan olunub.

Azı 17 jurnalistin akkreditəsi ləğv olunub

Daxili İşlər Nazirliyi həmin gün 400-dən çox etirazçının saxlandığını bildirib.

“AzadAvropa/AzadlıqRadiosu jurnalistlər Uladz Hrıdzin və Alyaksandr Vasyukoviçin yalnız jurnalist işilə məşğul olduqları – xəbər verdikləri üçün həbs edilməsini pisləyir”, – radionun prezidenti vəzifəsini icra edən Deyzi Sindelar deyib.

Hrıdzin bu yaxınlarda xarici media üçün akkreditədən məhrum edilib. O, radio üçün etiraz aksiyasından fotolar göndərməzdən qabaq saxlanıb.

Etirazçılar və müxalifət liderləri seçkinin saxtalaşdırıldığını deyirlər. 80 faiz səs yığdığı açıqlanan Lukaşenka isə saxtalaşdırmanın olmadığını bildirir.

Seçkidən sonra ölkədə minlərlə etirazçı saxlanıb və döyülüb. Müxalifətin aparıcı liderləri ölkədən çıxmağa məcbur edilib, yaxud həbsə atılıb. Birləşmiş Ştatlar və Avropa Birliyi baş verənləri pisləyib.

Mediaya da divan tutulmaqdadır. Sentyabrın 4-də altı belaruslu jurnalist üç günlüyə həbs ediliblər. Onlar Minskdə hökumətə qarşı etirazı işıqlandırarkən saxlanıblar.

Hakimiyyət böyük xarici media qurumlarından azı 17 jurnalistin akkreditəsini ləğv edib. Onlardan beşi AzadAvropa/AzadlıqRadiosu və onun bölümlərini təmsil edir.

XS
SM
MD
LG