Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 16:01

Lukaşenka 3 səfirin diplomat statusunu alır


Vasil Markoviç

Belarus Prezidenti Alyaksandr Lukaşenka ölkədə seçkinin nəticələrinə etiraz edənləri açıq dəstəkləmiş iki səfirin diplomat statusunu alıb.

Prezidentin mətbuat xidməti bildirib ki, Pava Latuşkaİhar Lyaşçenyanın diplomatik dərəcələri onların “nalayiq davranışı”na görə ləğv olunub.

Lyaşçenya avqustun 18-də Belarusun Slovakiyadakı səfiri postundan istefa verib. Bundan iki gün qabaq Lukaşenkaya qarşı yürüşləri dəstəkləmişdi. Etirazçılar 9 avqust seçkisinin nəticələrinin ləğvini, yeni seçki keçirilməsini tələb edirlər. Seçkidə Lukaşenkanın qalib gəldiyi elan olunub.

Latuşka isə 2002-2019-cu illərdə Belarusun Polşa, Fransa, UNESCO və İspaniyada səfirləri postlarında çalışıb, etirazlar vaxtı müxalifətin Koordinasiya Şurasına üzv olub.

Hazırda onların heç biri səfir kimi işləməsələr də diplomatik statusları qalırdı.

Mətbuat xidmətinin məlumatına görə, Lukaşenka Belarusun Latviyadakı səfiri Vasil Markoviçi də vəzifədən kənarlaşdırıb və diplomatik dərəcəsini alıb, buna “vəzifələrini layiqincə yerinə yetirə bilməməsi” səbəb göstərilib.

Bu günlərdə Latviyanın Xarici İşlər Nazirliyi Markoviçi Lukaşenkanın bəyanatlarına görə çağırmışdı. O deyirdi ki, Belarusda etirazları Latviya daxil olmaqla bir sıra ölkələr maliyyələşdirir.

XS
SM
MD
LG