Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 15:12

Azərbaycan-İran sərhədində ölən var


Sərhəd. Foto arxiv

Bu gün, sentyabrın 17-də külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısının alındığı bildirilir.

Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumatda bildirilir ki, Beyləqan rayonu ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədini pozmasını sərhəd naryadı aşkar edib: "Sərhəd pozucularının əllərində silah və yüklərin olması müşahidə edilib. Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı silah tətbiq etməklə geri qaçmağa cəhd ediblər".

Açıqlamaya görə, sərhəd naryadı "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun tələblərinə uyğun olaraq silah tətbiq edib: "Sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin mürəkkəb relyefli olmasından istifadə edərək geri qaçıb. Dövlət sərhədinin pozulması cəhdinin qarşısının alındığı əraziyə baxış zamanı 1 ədəd tüfəng, 2 ədəd çantada təxmini çəkisi 15 kq olan narkotikə bənzər maddə aşkar edilib".

Açıqlamada iddia olunur ki, sərhəd pozucuları ilə görüşərək onlardan yükü təhvil almağa gələn və sərhəd zastavasının mühəndis-texniki çəpərindəki məftilləri qıraraq sərhədboyu zolağa daxil olan Azərbaycan vətəndaşı, Beyləqan rayon sakini 1975-ci il təvəllüdlü Adiş Məmmədov saxlanıb: "Üzərində sərhəd pozucularına vermək üçün gətirdiyi 10 ədəd şüşə qabda alkoqol içkiləri aşkar olunub. Hadisə barədə İran sərhəd nümayəndəliyi məlumatlandırılıb".

Həlak olan şəxsin kimliyi açıqlanmır.

Bu açıqlamaya saxlanan şəxsin, onun vəkilinin və İran tərəfinin münasibətini almaq mümkün olmayıb.

Multimedia

XS
SM
MD
LG