Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 07:02

141 yeni yoluxma, 3 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, sentyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan bildirilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan üç nəfər də vəfat edib: "İndiyədək Azərbaycanda ümumilikdə 38658 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36149 nəfər müalicə olunaraq sağalıb, 569 nəfər vəfat edib, aktiv xəstə sayı 1940 olub".

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 min 656, bu günə qədər isə ümumilikdə 1 milyon 27 min 685 test icra olunub.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 29 milyon 765 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 939 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG