Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:09

Belarusdakı hərbi təlimlərin oradakı siyasi duruma ‘dəxli yoxdur’


Arxiv fotosu
Arxiv fotosu

“Sarsılmaz Qardaşlıq” adlı təlimlər hələ seçkidən xeyli öncə planlaşdırılmışdı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) oktyabrda Belarusda planlaşdırdığı hərbi manevrlərin bu ölkədəki etirazlarla əlaqəsi yoxdur. Bunu Qazaxıstanın Müdafiə Nazirliyi bildirir.

9 avqust seçkisində Alyaksandr Lukaşenkanın prezident seçildiyi elan olunandan sonra ölkəni kütləvi etirazlar bürüyüb.

“Sarsılmaz Qardaşlıq” adlı təlimlər hələ seçkidən xeyli öncə planlaşdırılmışdı. Bunu nazirliyin sözçüsü Qani Nusipov sentyabrın 16-da deyib. KTMT üzvləri Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Tacikistandır.

Qərar 2018-ci ildə verilib

“Bu manevrlər 2012-ci ildən bəri hər il, KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri ilə birlikdə keçirilir. Bu il Belarusda təlimlərin keçirilməsi qərarını KTMT-nin Müdafiə Nazirləri Şurası və KTMT-in Təhlükəsizlik Şuraları Katiblərinin Komitəsi 2018-ci il noyabrın 8-də verib. Bu təlimlərin Belarusdakı daxili siyasi vəziyyətlə əlaqəsi yoxdur”, – Nusipov vurğulayıb.

Rusiyanın Müdafiə Nazirliyi bir gün öncə bəyan edib ki, oktyabrın 12-dən 16-dək Belarusda “Sarsılmaz Qardaşlıq-2020” təlimləri keçiriləcək.

Rusiya Müdafiə Nazirliyinin aparıcı rəsmiləri sentyabrın 16-da Belarusa səfər edib. Kremlin sözçüsü Dmitri Peskov isə Lukaşenkanı Belarusun “legitim prezidenti” adlandırıb.

Bu bəyanatları və hərəkətləri Belarusda və Qərbdə çoxları Moskvanın Lukaşenkaya dəstəyi kimi qəbul edirlər. O, sentyabrın 14-də Rusiyanın Soçi şəhərində həmkarı Vladimir Putinlə görüşüb.

Lukaşebka-Putin danışıqları keçirilən gün “Slavyan Qardaşlığı-2020” adlı hərbi təlimlər başlanıb. Belarusun qərbində iki ölkənin silahlı qüvvələrinin iştirakıyla başlanan təlimlərin sentyabrın 25-dək davam edəcəyi gözlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG