Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 15:32

Abeni Suqa əvəzləyəcək


Yoşihide Suqa

Suqa sentyabrın 16-da parlamentin hər iki palatasında səsləri qazanıb

Yaponiyada deputatlar Yoşihide Suqanı ölkənin baş naziri postuna təsdiqləyiblər. Bir müddət öncə Şinzo Abe bu vəzifədən istefa verib.

Suqa sentyabrın 16-da parlamentin hər iki palatasında səsləri qazanıb. Palatalara onun mühafizəkar Liberal Demokratik Partiyasının (LDP) başçılıq etdiyi hakim koalisiya nəzarət edir.

Bu həftənin əvvəlində hökumətin keçmiş baş katibi olan Suqa LDP rəhbərliyini qazanıb.

Suqa və yeni hökumətin elə bu gün İmperial Sarayda İmperator Naruhito tərəfindən andiçmə mərasimi keçiriləcək.

Səhhətilə əlaqədar ötən ay istefa vermiş Abenin müttəfiqi olan Suqa əvvəlki administrasiyasının işini davam etdirəcəyini deyib. Buraya geniş iqtisadi islahat proqramı da daxildir.

71 yaşlı Suqa Yaponiyanın bir sıra ölkələr kimi koronavirus pandemiyası ilə mübarizə apardığı bir dönəmdə hakimiyyətə keçir. Aprel-iyun aylarında ölkə iqtisadiyyatı 28.1 faiz azalıb.

Şərhlər

XS
SM
MD
LG