Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:48

Navalnı xəstəxanadan fotosunu yayıb


Aleksey Navalnı (sağdan ikinci) xəstəxanada ailə üzvləri ilə
Aleksey Navalnı (sağdan ikinci) xəstəxanada ailə üzvləri ilə

“Hələlik, heç nə edə bilmirəm, amma dünən bütün günü özüm nəfəs ala bilirdim”, – Navalnı sentyabrın 15-də “Instagram”da yazıb

Navalnının sözçüsü tvitində yazıb ki, Kremlin tənqidçisi müalicə aldığı Almaniyadan Rusiyaya qayıtmağı planlaşdırır.

“Bir daha hamıya təsdiqləmək istəyirəm: başqa bir variant heç nəzərdən keçirilmirdi də”,Kira Yarmış yazıb.

***

Rusiya müxalifətçisi Aleksey Navalnı özü nəfəs aldığını, “ümumilikdə” özünü yaxşı hiss etdiyini deyib. Müxalifətçi Berindəki “Charite” xəstəxanasında sinir qazıyla zəhərlənmədən müalicə olunur.

“Hələlik, heç nə edə bilmirəm, amma dünən bütün günü özüm nəfəs ala bilirdim”, – Navalnı sentyabrın 15-də “Instagram”da yazıb.

“Ümumilikdə, özümü normal hiss edirəm. Kənardan heç bir kömək almadım, hətta boğazıma kiçicik kömək belə”, – o, yataqda oturduğu yerdə fotosunun üstünə yazıb.

Navalnı avqustun 20-də Rusiyada Tomskdan Moskvaya uçarkən təyyarədə özünü qəfildən pis hiss edib, bir neçə gün sonra həyat yoldaşının xahişilə Almaniyaya aparılıb.

Moskva mövqeyində israrlıdır

Həkimlər sentyabrın 7-də Navalnını süni koma vəziyyətindən çıxarıblar. Onlar xəstənin vəziyyətində ümumi yaxşılaşma olmasına baxmayaraq, “kəskin zəhərlənmə”nin hansı uzunmüddətli fəsadlar verəcəyinin aydın olmadığını deyiblər.

Almaniyalı ekspertlər 44 yaşlı antikorrupsiya fəalının sovetdənqalma Noviçok qrupuna aid hərbi dərəcəli sinir qazıyla zəhərləndiyini deyiblər. Beynəlxalq ictimaiyyəti Rusiyanı məsələni dərhal araşdırmağa çağırıblar.

Almaniya sentyabrın 14-də bildirib ki, biri İsveçdə, digəri Fransada olan iki müstəqil laboratoriya Navalnının Noviçokla zəhərləndiyini təsdiqləyib.

Ancaq Rusiya hakimiyyəti cinayət işi açmaqdan imtina edir, zəhərlənməyə ciddi dəlil tapılmadığını bildirir.

Moskva sentyabrın 15-də bir daha vurğulayıb ki, Navalnının başına gələnlərin kökünə gedib çıxmağa hazırdır və onun sağalaraq Almaniyadan Rusiyaya qayıtmasından məmnun olar.

Kremlin sözçüsü Dmitri Peskov onu da əlavə edib ki, Moskva bir şeyi anlamır – Fransa və İsveç laboratoriyaları Navalnının tibbi analiz nümunələrini yoxlaya bildiyi halda niyə Rusiyaya belə bir çıxış verilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG