Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 05:36

Azərbaycan hərbi qulluqçusu yaralanıb


Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Dağlıq Qarabağda

Dünən, sentyabrın 14-də Azərbaycan hərbi qulluqçusu yaralanıb.

Bu barədə bu gün, sentyabrın 15-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi bu ölkə ilə Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti dəfə təxribat törədib. Açıqlamaya görə, atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Renat Əliyev yaralanıb: "Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur".

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Amma tez-tez atəşkəsin pozulduğu bildirilir. Tərəflər buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG