Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 06:33

Əmanətçilər etiraz aksiyası keçirib


Ekspert bankların ləgvini şübhəli addım adlandırır
Gözlə

No media source currently available

0:00 0:03:15 0:00

Ekspert bankların ləgvini şübhəli addım adlandırır

Sentyabrın 14-də "Bank Standard" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) əmanətçiləri olduqlarını deyən bir qrup şəxs Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Onlar "Bank Standard" deyərək şüar səsləndiriblər.

Etirazçıların sözlərinə görə, bağlanmış bankda olan əmanətlər onlara kəsirlə qaytarılıb. "Bankda 30 min dollarım var idi, amma mənə cəmi 18 min manat qaytarıblar. Bu, düzgün deyil axı. Dollarda olan əmanəti dollarla da qaytarmalıdırlar. Qalmışıq küçələrdə. Biri deyir, ora get, o biri deyir, bura get. Belə yaşamaq olmaz axı. Dörd ildir pulumuzu tam ala bilmirik, bir neçə dəfə məhkəməyə müraciət etmişik", - şikayətçilərdən bir qeyd edib.

O, əlavə edib ki, şikayətimizə baxan yoxdur: "Əmanətlərin Sığortalanması Fondunun direktoru ilə görüşmüşük, o bizə bildirib ki, sentyabrın 15-dən sonra məsələmizə baxacaqlar. Deyib ki, indi bağlanmış digər dörd bankın borclarını ödəyirlər. Əmanətlərimiz olan "Bank Standard"ı qanunsuz bağlayıblar. Bu bankın kapitalı bir milyard idi. Talayıblar bankı, faizsiz kreditlər veriblər, verildiyi adamlar da məlumdur - 153 hüquqi və fiziki şəxslərdir, onlar da pulunu qaytarmırlar. Onlara görə isə biz pulumuzu ala bilmirik".

Polis əməkdaşları toplaşanları ərazidən uzaqlaşdırıblar.

Bu deyilənlərlə, hələlik, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu və "Bank Standard"ın keçmiş rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

"Bank Standard" QSC 2016-cı ilin sentyabrında ləğv olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (Bu qurum ləğv edilib) onda bildirilmişdi ki, "Bank Standard"ın cəmi 520 milyon manat cəlb olunmuş əmanəti var. Bunun 460 milyon manata yaxını qorunan əmanətlərdir.

Əmanətlərin Sığortalanması Fondu isə "Bank Standard" QSC-də 438.6 milyon manat qorunan əmanət olduğunu açıqlayıb. Həmin əmanətlərin 99 faizini qaytardığını bildirib.

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib. Azərbaycanda bu proses başlayandan 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Əmanətlərin Sığortalanması Fondundan bildirmişdilər ki, həmin banklarda qorunan əmanətlərin 99 faizi qaytarılıb.

2020-ci ildə isə Azərbaycanda daha dörd bank bağlanıb. Bu qərarlar da onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

Multimedia

XS
SM
MD
LG