Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 09:34

135 yoluxma aşkarlanıb, 2 ölüm


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı sentyabrın 12-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 38 172 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2 006 olub”.

Qərargahdan açıqlamaya görə, ölkədə son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 351, indiyə qədər isə ümumilikdə 1 002 727 test icra olunub. Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 28 milyon 693 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 920 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG