Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 13:19

'Hamımzın səhhətində problem yaranıb, amma aksiyanı davam etdiririk'


Tofiq Yaqubluya dəstək üçün aclıq aksiyası, Bakı, 7 sentyabr 2020

Həbsdə olan siyasətçi Tofiq Yaqubluya dəstək məqsədilə Müsavat Partiyasının qərargahında başlanan aclıq aksiyasının davam etdiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna sentyabrın 12-də aksiya iştirakçılarından biri olduğunu qeyd edən Müsavat Partiyasının üzvü Elman Quliyev danışıb.

Onun deməsinə görə, aksiya itirakçılarının səhhətində problem yaranıb, sentyabrın 11-də də təcli yardım çağırıblar ( əvvəlki günlərdə də təcili yardım çağırıldığı açıqlanmışdı):

“Hamımzın səhhətində problem yaranıb, amma aksiyanı davam etdiririk. Təzyiq aşağı düşüb, əsasən 90/60 həddindəir. Başağrıları və baş gicəllənmələri artıb. Artıq, suyu da qəbul edə bilmirik. Həkimlər aclığı dayandrmağımızı istəsələr də, buna razı olmadıq”.

Verilən məlumata görə, əvvəlcə sentyabrın 3-dən Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Ayət İsmayıl, Tofiq Məmmədov, Elşən Həsənov ev şəraitində aclıq aksiyasına başlayıblar. Sentyabrın 7-də onlar Müsavat Partiyasına gətiriliblər. Elə həmin gün, sentyabrın 7-dən də Elman Quiyev aksiyaya qoşulduğunu açıqlayıb.

T.Yaqublunun özünün də sentyabrın 2-dən dövlət ittihamçısının ona cəza istəməsindən sonra aclıq aksiyasına başladığı bildirilir. Bir gün sonra, martın 3-də Tofiq Yaqublu da məhkəməsinin son günündə aclıq aksiyası keçirdiyini vurğulamışdı.

Xatırlatma

Müsavat partiyası və Milli Şuranın üzvü olan Tofiq Yaqublu bu il martın 22-də tutulub. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib". T.Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə T.Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

Tofiq Yaqublunun həyatına təhükə var - Həbsxanada müayinə aparan həkimdən yeni açıqlamalar
Gözlə

No media source currently available

0:00 0:09:46 0:00

Şərhlər

XS
SM
MD
LG