Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 06:39

Metro açılır


Bakı metrosu

Sentyabrın 14-dən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin avqustun 5-dən mərhələli şəkildə, ayrı-ayrı sahələr üzrə yumşaldılması məqsədilə tədbirlər davam etdirilir.

Operativ Qərargahdan bildirildiyinə görə, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.

"2020-ci il sentyabrın 30-dək şənbə, bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır", - deyə qurum qeyd edib.

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimi elan edilib. Həmin ayın 31-dən də metronun fəaliyyəti müvəqqəti dayandırılmışdı. Aprelin sonlarından rejim mərhələlərlə yumşaldılıb.

Amma sonradan yenidən virusa yoluxma artdığından Bakı və ölkənin bəzi yerlərində karantin sərtləşdirilib. Metronun fəaliyyəti bir də bu tədbirlər çərçivəsində iyulun 4-dən dayandırılmışdı. Avqustun 5-dən yenidən rejimdə yumşaldılma tədbirlərinə başlanıb.

Karantin özü isə sentyabrın axırına kimi uzadılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 28 milyon 343 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 914 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 37 min 874 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 556 nəfərin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG