Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:25

Bu ölkələrdə iqlim dəyişikliyini ən böyük təhdid kimi görürlər


Arxiv fotosu
Arxiv fotosu

Qlobal təhdidlərin önündə iqlim dəyişikliyi və yoluxucu xəstəliklər gedir

Bu il dünyada xəbər başlıqlarını COVID-19 pandemiyası zəbt edib. Elə ABŞ-ın “Pew” araşdırma mərkəzinin bu yay sorğu keçirdiyi 14 ölkənin əksəriyyətində də yoluxucu xəstəliyin yayılması ən böyük təhdid hesab olunub. Qlobal təhdidlərin önündə iqlim dəyişikliyi və yoluxucu xəstəliklər gedir.

Avropa ölkələri üçün ən böyük təhdid iqlim dəyişikliyidir. Respondentlər eyni zamanda yoluxucu xəstəliyin yaratdığı risklərdən də dərin narahatlıq bildiriblər.

Sorğu keçirilən, iqtisadiyyatı inkişaf etmiş 14 ölkənin onundan yeddisində həm iqlim dəyişikliyi, həm də yoluxucu xəstəliklərin yayılması böyük təhdid hesab olunur.

Yoxsulluq, münaqişələr arxa plana keçir

10 ölkədən altısında isə terrorçuluq, digər ölkələrdən kiberhücumlar və nüvə silahlarının yayılması böyük təhdidlər sırasına qoyulub.

Sorğu keçirilmiş 14 ölkədən səkkizində, 9 Avropa ölkəsindən isə yeddisində böyük təhdid sıralamasında iqlim dəyişikliyi yoluxucu xəstəlikdən önə çıxır.

Birləşmiş Ştatlar daxil olmaqla beş ölkə pandemiyanı ən böyük təhdid sayıb. Avstraliya və Danimarkada isə əhali ən çox kiberhücumlardan qorxurlar.

Nisbətən az sayda respondent qlobal yoxsulluq, ölkələr, yaxud etnik qruplar arasında uzunmüddətli münaqişə, irimiqyaslı miqrasiyadan narahatlıq bildirib. Bir neçə il öncə İraq və Suriya kimi yerlərdən çox sayda qaçqın axını İtaliya və Britaniyada əsas təhdid sayılırdı. Bu gün isə sorğu keçirilmiş 14 ölkədən on birində bir ölkədən digərinə böyük sayda insan axını sadalanan doqquz təhdid sırasında ən az narahatlıq doğurandır.

COVID-19-un iqtisadi fəsadlarından da narahatlıq var. 14 ölkədən onunda qlobal iqtisadiyyatın vəziyyəti böyük təhdid hesab olunur.

Vəhşi heyvanların sayı azalır

Ətraf mühitdə baş verən dəyişikliklər yarım əsrdən də az bir müddətdə dünyada məməlilərin, quşların, suda-quruda yaşayanların, sürünənlərin və balıqların sayını ortalama 68 faiz azaldıb. Ümumdünya Vəhşi Təbiət Fondu eyni ətraf mühit pozuntularının COVID-19 kimi heyvanlardan qaynaqlanan xəstəliklərin yayılmasında da rol oynadığını bildirir.

Təşkilatın hazırladığı Canlı Planet İndeksi (LPI) üzə çıxarıb ki, planetin pandemiyalar qarşısında zəifliyini artıran faktorlar, məsələn, torpaqdan istifadənin dəyişməsi, vəhşi heyvan ticarəti, adı çəkilən heyvanların azalmasında da rol oynayıb.

68 faiz azalma 1970-2016-cı illərdə qeydə alınıb.

Nəsli kəsilməkdə olan heyvanlar sırasında düzənlikdə yaşayan qorillanın adı çəkilir. Konqo Demokratik Respublikasında qanunsuz ov 1994-2015-ci illərdə bu heyvanın sayını 87 faiz azaldıb.

Digər nəsli kəsilmək üzrə olan heyvan isə Qananın cənub-qərbində yaşayan Afrika boz tutuquşusudur, 1992-2014-cü illərdə populyasiyası 99 faiz azalıb. Bunun əsas səbəbi vəhşi quşların ticarəti və növlərin azalmasıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG