Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 07:44

Avqustun 23-də Azərbaycanda qar yağıb


Xınalıq kəndi, arxiv foto

Avqustun 23-ü səhərədək Azərbaycanın yüksək dağlıq ərazilərində, əsasən Xınalıqda sulu qar, Şahdağda qar yağıb.

Bu açıqlamanı Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva səsləndirib. Umayra Tağıyeva qar örtüyünün hündürlüyünün Şahdağda 5 sm olduğunu deyib.

Şahdağ, 23 avqust 2020
Şahdağ, 23 avqust 2020

Onun qeyd etməsinə görə, Azərbaycanda şimal-qərb küləyi əsib, arabir güclənib ( Neftçalada 32 m/s, Salyanda 25 m/s-əçatıb). Umayra Tağıyeva bildirib ki, yağan leysan yağış nəticəsində bəzi yerlərdən sel keçib. Milli Hidrometeorologiya Xidmətinin rəisi havanının temperaturunun Bakıda iqlim normasından 1.7 dərəcə aşağı olduğunu xatırladıb:

“Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-28, aran rayonlarında 28-33, dağlıq rayonlarda isə 13-16 dərəcə isti olub”.

Multimedia

XS
SM
MD
LG