Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:06

139 yeni yoluxma aşkarlanıb, 1 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, sentyabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış bir nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir".

Qərargahdan açıqlamaya görə, ölkədə bu virusa yoluxmanın aşkarlanması ilə bağlı son sutka ərzində 6 min 798, hazırkı dövrədək isə 973 min 838 test aparılıb.

Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

Azərbaycanda koronavirusla bağlı bu il martın 24-dən karantin rejimidir. Karantin sentyabrın sonuna kimi uzadılıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 27 milyon 516 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 897 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG