Keçid linkləri

Təcili xəbərlər
2020, 22 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:57

Məmməd İbrahimə ittihamlar dəyişdirilib


M.İbrahim

Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə verilən ittihamlara dəyişiklik edilib.

Bu barədə AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev bildirib. Onun sözlərinə görə, M.İbrahimin üzərindən Cinayət Məcəlləsinin 278.1-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi üzrə ittiham götürülüb: "Amma əvəzində yeni bir maddə əlavə edilib. Cinayət Məcəlləsinin 127.2.1-ci (Xidməti vəzifəsini yerinə yetirən şəxsin qəsdən sağlamlığına az ağır zərər vurma) maddəsi ilə ittiham elan olunub. Hazırda o, yeni ittihamdan əlavə, Cinayət Məcəlləsinin daha üç maddəsi ilə 186.2.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla), 315 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) maddələri ilə təqsirləndirilir".

Mehdi İbrahim: Fikirləşirdim ki, mən 3 ay həbsdə dözə bilmərəm...
Gözlə

No media source currently available

0:00 0:03:13 0:00

Bu ittihamlar üzrə M.İbrahimə 5 ilə kimi həbs cəzası verilə bilər. Əvvəlki ittihamlarla isə şəxsə ömürlük də həbs cəzası da verilə bilərdi.

M.İbrahimin bu il iyulun 26-sı Penitensiar Xidmətin Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə, oğlu Mehdi İbrahimovun yanına gedərkən tutulduğu bildirilir.

İyulun 28-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatına baxaraq onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Xatırlatma

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu olaylarla bağlı cinayət işi açılıb. Amma rəsmilər konkret nə qədər adamın saxlandığını, onlardan nə qədərinin həbs edildiyini açıqlamayıb.

Yerli hüquq müdafiəçiləri həmin olaylarla bağlı 70 civarında şəxsin saxlandığını, onlardan 25 nəfərdən çoxunun cinayət işinə cəlb olunduğunu, haqlarında həbs-qətimkan tədbiri seçildiyini bildirir.

Orduya dəstək yürüşündən sonra AXCP isə 40-da çox fəalının həbs edildiyini açıqlayıb. Onlardan 16 nəfərinin yürüşlə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edilidiyi qeyd edilir.18 nəfərə isə inzibati qaydada 30 sutka həbs cəzası verildiyi söylənir. Amma həmin məlumatları da rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. AXCP-dən həbs edilənlərdən yalnız iki nəfərə M.İbrahim və Rəyasət Heyətinin başqa bir üzvü F.Qəhrəmanlıya hakimiyyəti zorla ələ keçirilməyə yönələn hərəkətlərlə bağlı ittiham verilib.

Multimedia

XS
SM
MD
LG