Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 17:48

Komissiya sədri həbs edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının sədri həbs edilib.

Bu barədə bu gün, sentyabrın 7-də Baş Prokurorluq və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Açıqlamada 1 saylı Respublika Psixiatriya Xəstəxanasının 16-cı şöbəsinin müdiri Səriyyə Tanverdiyeva və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-sosial ekspert komissiyasının sədri Katib Məmmədovdan bəhs edilir.

Bildirilir ki, Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Verilən məlumata görə, K.Məmmədov şübhəli şəxs qismində tutulub. Sentyabrın 5-də o, Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib: "Habelə, 5 sentyabr 2020-ci il tarixdə Səriyyə Tanverdiyeva Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə-qətimkan tədbiri seçilib".

İttihamlara, hələlik, birgə açıqlamada sözügedən şəxslərdən münasibət almaq mümkün olmayıb.

Həmin maddələr üzrə şəxsə 10 ilə qədər həbs cəzası verilə bilər.

Multimedia

XS
SM
MD
LG