Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 12:36

Azərbaycanda son gündə 137 yoluxma aşkarlanıb


Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, sentyabrın 6-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 37 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 705 nəfər müalicə olunaraq sağalıb, 548 nəfər vəfat edib, aktiv xəstə sayı 2076 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində Azərbaycanda yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6612, ötən müddət ərzində isə ümumilikdə 963 104 test aparılıb. Rəsmi açıqlamalara görə, bundan başqa, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 27 milyon 100 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 884 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG