Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

2021-ci ilin büdcə layihəsi ilə bağlı yozumlar...


Azərbaycan manatı, arxiv foto
Azərbaycan manatı, arxiv foto

Azərbaycanda bu illə müqayisədə 2021-ci ilin budcə xərcləri 1,6 milyard manat azala bilər. 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat proqnozlaşdırılır.

Bu rəqəm Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamada yer alır. Orada bildirir ki, gəlirlərin 57,3 faizi neft sektorunun, 42,7 faizi qeyri-neft sektorunun payına düşür.

Üstəlik, 2021-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 35 ABŞ dollarına bərabər götürülüb. 2021-ci ildə dövlət büdcəsinin xərcləri isə 25 847,5 mln. manat proqnozlaşdırılır.

Proqnozlar normaldır

Vahid Əhmədov,18 oktyabr 2011
Vahid Əhmədov,18 oktyabr 2011

Milli Məclisin İqtisadiyyat, Sənaye, Sahibkalıq Komitəsinin üzvü, Vahid Əhmədov hesab edir ki, proqnozlar normaldır. Onun “Turan” Agentliyinə bildirməsinə görə, amma indiki dövrdə neftin qiymətindəki dalğalanmalar büdcəyə təsir edən amillərdəndir:

“Koronavirus pandmeiyası davam edir, müəyyən müəssisələr işləmir. İndi büdcəni tərtib etmək də o qədər asan məsələ deyil. Amma hesab edirəm ki, 2021-ci il üçün dövlət büdcəsinin 25 milyard manata yaxın nəzərdə tutulması normal vəsaitdir. Burada yəqin ki, Dövlət Neft Fondundan böyük transfertlər nəzərdə tutulur. Bu taransfert mən bildiyim qədər təqribən 12 milyard ( 12 milyard 200 milyon ) manat həcmindədir. Əlbəttə, dünyada gedən hadisələr, pandemiya, neftin qiymətinin aşağı düşməsi bunu vadar edir”.

“Ola bilər ki, neftə tələbat azalsın,...”

Deputatın fikrincə, qeyri-neft sektorunda inkişaf tempi artırılmalıdır.Onun deməsinə görə, bu sahədə bəzi müsbət nəticələr var, amma görüləsi işlər də kifayət qədərdir:

“Emal, geyim və bu kimi sahələr xüsusi inkişaf etdirilməlidir. Ola bilər ki, neftə tələbat azalsın, alternativ enerji mənbələrindən istifadəyə diqqət verilməlidir”. V.Əhmədov əlavə edib ki, indiki rəqəmlər proqnozlardır, bunun üzərndə hələ çox iş gedəcək, ola bilər artım, ya əksinə azaldılmalar olsun.

İqtisadçı Natiq Cəfərli isə Azadlıq Radiosuna deyib ki, Azərbaycan hökuməti və Maliyyə Nazirliyinin son 5 ildə açıqladığı proqnozlar ilə öncədən hazırlanmış büdcə heç vaxrt sona kimi sabit qalmayıb.

“2015-ci ildən bəri hər il büdcəyə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər 2015-2019-cu illərin may-iyun aylarında, 2020-ci ildə isə pandemiya ilə əlaqədar avqust ayında baş verib”.

“Dəyişikliklərin edilməsi ehtimalı yenə güclüdür”

N.Cəfərli hesab edir ki, gələn ilin büdcəsi də bu mənada istisna təşkil etməyəcək: “İlin ortasında yenidən növbəti dəyişikliklərin ediməsi ehtimalı yenə güclüdür”.

N.Cəfərli büdcədə neftin bir barelinin qiymətinin 35 dollardan götülüməsini isə indiki dönəmdə normal sayır. Onun fikrincə, büdcənin formalaşdırlması ilə bağlı qeyri-neft sekrotundan büdcəyə daxilolmalara dair proqnozlar çox optimist yanaşmadır:

“Çünki pandeiya şəraitinin, karantin rejiminin vurduğu ziyanlar hələ bir müddət, hətta gələn ilin ortlarına, bəlkə də sonuna kimi davam edəcək.İnsanların davranışı, xərcləmə instiktləri dəyişib, gəlirləri azalıb. Bunlar həm ümumi daxili məhsulun (ÜDM), həm vergi bazasının formalaşmasına , həm də vergi ödənişinə mənfi təsir edən amillərdir”.

“Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ümumi zərər tam öyrənilməyib ”

Pandemiya dövrü, küçələr dezinfeksiya edilir, Bakı, 18 aprel 2020
Pandemiya dövrü, küçələr dezinfeksiya edilir, Bakı, 18 aprel 2020

O, daha sonra da deyib ki, büdcə kəsirinin artımı gözlənilir, bunun üçün əsas hədəflərdən biri özəlləşmədir:

“Amma özlləşmə ilə vağlı dövlətin strategiyasının nədən ibarət olması haqda ətraflı məlumat yoxdur. Çünki özəlləşmə tək niyyətə bağlı məsələ deyil. Bazisi hazırlanmalı, qanunvericilik bazası təkmilləşdirilməli, investorlarda güvən yaradılmalıdır. Bunların heç biri hələ ki, qanunvericilik səviyyəsində və ya praktikada əksini tapmayıb. Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu ümumi zərər tam öyrənilməyib.”.

“Gəlirindən iki dəfədən çox büdcəyə transfert edəcək”

Prezident İlham Əliyev Dövlət Neft Fondunda, Bakı, 29 dekabr 2009
Prezident İlham Əliyev Dövlət Neft Fondunda, Bakı, 29 dekabr 2009

İqtisadçının sözlərinə görə,Neft Fondundan transfertlərin artması büdəcnin formalaşmasında başqa mənbəyin olmadığını göstərir:

“ Bu il Neft Fondu tarixində ilk dəfədir ki, gəlirindən iki dəfədən çox büdcəyə transfert edəcək”

Xatırlatma

2020-ci il dövlət büdcəsinin gəlirləri 24 124 000,0 min, xərcləri isə 27 492 200,0 min manat təsdiq edilib. Büdcədə neftin bir bareli də 35 dollar götürülüb. Bu ilin büdcəsində əslində dəyişiklik edilib.Əvvəlcə orada neftin bir bareli 55 dollar götürülmüşdü.Sonradan büdcəyə dəyişiklik edildi.

Əvvəlki sənəddə gəlirlər 24 milyard 134,5 milyon, xərclər isə 26 milyard 894,7 milyon manat təsdiq edilmişdi. Hökumət büdcəyə dəyişklikləri koronavirus pandemiyası ilə bağlı xərclərin artması və neftin ucuzlaşması ilə izah etmişdi. Dəyişiklik nəticəsində Neft Fondundan transfertin həcimi artdı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG