Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:26

Türkiyədə şübhəli İD üzvləri saxlanıb


Arxiv fotosu
Arxiv fotosu

Türkiyədə İslam Dövləti (İD) silahlı qruplaşmasının onlarla şübhəli üzvü və tərəfdarı saxlanıb, onların içində özbəkistanlılar da var.

Sentyabrın 1-2-də İstanbul, Adana, Qaziantəp və Hatay şəhərlərində silsilə həbslər aparılıb. Bundan öncə türkiyəli müstəntiqlərin İD-in ölkədə əsas fiquru hesab etdiyi Mahmut Özden həbs olunub.

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmisi sentyabrın 2-də AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, təhlükəsizlik xidmətinin xüsusi əməliyyatı zamanı azı 20 özbəkistanlı saxlanıb, Özdenə kömək etməkdə şübhəli bilinirlər. İD Özdeni “Türkiyə əmiri” adlandırırmış.

Aya Sofyada terror planlaşdırma ittihamı

Rəsminin sözlərinə görə, müstəntiqlər şübhəlilərin adlarını və ünvanlarını Özdendən müsadirə olunmuş kompüter və digər elektron cihazlarda tapandan sonra xüsusi əməliyyat keçirilib.

Türkiyədə iki humanitar təşkilatın nümayəndələri də radioya saxlanan şübhəlilər arasında Özbəkistan vətəndaşlarının olduğunu təsdiqləyib.

Türkiyənin Daxili işlər naziri Suleyman Soylu sentyabrın 1-də Özdenin bir gün öncə saxlandığını bəyan edib.

Daxili İşlər Nazirliyinin daha sonra yaydığı məlumata görə, Özden və adamları İstanbuldakı tarixi Aya Sofya məbədində kütləvi terror aktı planlaşdırıb. Bu məbəd vaxtilə kilsə kimi tikilib, Osmanlı dövründə məscid, ötən əsrin 30-cu illərindən muzey kimi fəaliyyət göstərib. Bu yaxınlarda isə yenidən məscidə çevrilib.

İndiyədək İD Türkiyə ərazisində çoxsaylı hücumlar törədib. 2017-ci il yanvarın 1-də İstanbulda gecə klubuna hücumda 39 nəfər öldürülüb.

Həmin hücumu Özbəkistan vətəndaşı Abdülkdir Maşaripovun həyata keçirdyi müəyyənləşib, Türkiyə məhkəməsi onu ömürlük həbsə məhkum edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG