Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Türkiyə daha bir Bizans kilsəsini məscidə çevirir


Kariye Muzeyi
Kariye Muzeyi

Türkiyə hökuməti daha bir keçmiş Bizans dövrü kilsəsini məscidə çevirib. Bir ay öncə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına saldığı Aya Sofya məscidə çevrilmişdi.

Avqustun 21-də Prezident Recep Tayyip Erdogan-ın “Resmi Qazete”də dərc olunmuş sərəncamında deyilir ki, Kariye Muzeyi kimi tanınan Müqəddəs Xilaskar Kilsəsi məscidə çevrilməkdən ötrü Diyanet dini qurumuna verilib.

İstanbuldakı Bizans dövrünə aid bu yunan pravoslav kilsəsi 1945-ci ildən muzey kimi fəaliyyət göstərirdi, 14-cü əsrə aid freska və mozaikaları ilə turistləri heyrətləndirirdi. Bu məkan Bizans incəsənətinin ən gözəl nümunələrindən hesab olunurdu.

Muzey statusu noyabrda ləğv olunub

4-cü əsrə aid tikili indiki formasını 11-12-ci əsrlərdə alıb. 1453-cü ildə İstanbulun Osmanlı tərəfindən fəthindən sonra yarım əsr Kariye Məscidi kimi fəaliyyət göstərib.

Kilsədəki freska və mozaikaların namaz vaxtı örtüləcəyi haqda dəqiq açıqlama verilməyib.

Ötən noyabrda məhkəmənin qərarıyla binanın muzey statusu ləğv olunmuşdu.

Aya Sofyada olduğu kimi, Türkiyə hökumətinin Xora Kilsəsini məscidə çevrilməsi də Erdogan-nın dini-millətçi bazasını gücləndirməsi hesab olunur.

Bu addımlar beynəlxalq miqyasda tənqidlə üzləşib, Türkiyənin pravoslav və katolik dünyaları ilə problemlərini dərinləşdirib.

Yunanıstan Xarici İşlər Nazirliyi son qərarı pisləyib, Türkiyə hakimiyyətinin daha bir Dünya İrsi məkanının “xarakterini bir daha qəddarcasına təhqir etdiyini” bildirib.

“Bu, bütün dindarlara qarşı provokasiyadır. Türkiyəni 21-ci əsrə, sivilizasiyalar arasında qarşılıqlı hörmət, dialoq və anlaşmaya qayıtmağa çağırırıq”, – bəyanatda vurğulanır.

Amerikanın yunan pravoslav arxiyepiskopu Elpidophoros Twitter-də yazıb: “Aya Sofya ilə faciəvi günahdan sonra, indi də Bizans mədəniyyətinin dünyaya qeyri-adi töhfəsi olan Xora Monastırı!”

“Beynəlxalq ictimaiyyətin çağırış və nəsihətləri gözardı olunur”, – o yazıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG