Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 10:26

Rusiya bu ölkələrə uçuşları bərpa edir


Arxiv fotosu

Rusiya Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Maldiv adalarına beynəlxalq uçuşları bərpa edir.

Bu haqda Baş nazir Mixail Mişustinin imzaladığı sərəncam sentyabrın 3-də dərc olunub.

İsveçrəyə isə hava nəqliyyatı xidməti həftədə bir dəfədən dörd dəfəyə qaldırılır.

Sənəddə deyilir ki, Rusiyanin koronavirus böhran mərkəzi “vəziyyəti monitorinq edəcək və hava nəqliyyatının bərpa oluna biləcəyi ölkələrin siyahısını genişləndirəcək”.

Rusiya ilə digər ölkələr arasında daimi hava nəqliyyatı martın sonunda koronavirus pandemiyasına görə dayandırılıb.

Ancaq yayın ortasınadək Belarusun paytaxtı Minskə uçuşlar davam edib.

Avqustun 1-dən hökumət Britaniya, Tanzaniya və Türkiyəyə uçuşları, ayın ortasından isə Rusiya və İsveçrə arasında hava xidməti bərpa olunub.

XS
SM
MD
LG