Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 06:40

Ştatlara deyirlər ki, noyabradək vaksini paylamağa hazır olsunlar


Arxiv fotosu
Arxiv fotosu

ABŞ-da rəsmilər ştatlara bildiriblər ki, noyabrın 1-dək potensial koronavirus vaksinini paylamağa hazır olsunlar. Bu, Tramp administrasiyasının 3 noyabr seçkisinədək vaksin paylamağa tələsməsi sarıdan narahatlığı artırıb.

Bütün dünya üzrə hökumətlər iqtisadiyyatları təkrar açmaqdan ötrü mümkün qədər tez vaksin əldə edib paylamağa ümid bəsləyirlər. Artıq virus dünyada 863 mindən çox insanın həyatına son qoyub, təsdiqlənmiş yoluxmalar 26 milyonu keçib.

Ehtimala əsaslanan planlar

Prezident Donald Tramp vaksinin ilin sonunadək hazır ola biləcəyini deyirdi. Bir çox səhiyyə ekspertləri isə klinik testlərin qısa müddətə necə sığışdırılacağını sual edirdi.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ştatlara və bəzi yerli hökumətlərə məktubunda bürokratik əngəlləri aradan qaldırmağı, potensial vaksinin paylanmasna hazır olmağı xahiş edir.

Bəzi səhiyyə ekspertləri narahatdırlar ki, vaksinin prezident seçkisi öncəsi təsdiqlənməsi siyasi səbəblərdən qaynaqlara bilər, nəinki elmi.

CDC rəhbəri Robert Redfildin (Robert Redfield) imzasıyla göndərilmiş məktubda o da qeyd olunur ki, planlar ehtimala əsaslanır, “vaksin işi təkamül edir və qeyri-müəyyəndir”.

Redfildin “Yahoo Finance”ə deməsinə görə, rəsmilərin hazırlaşdığı məsələ “mənim proqnozuma görə reallığa çevriləcək, noyabr, dekabr aylarında əlimizdə bir və ya daha artıq vaksin olacaq”.

Ölkənin baş infeksionisti Entoni Fauçi (Anthony Fauci) sentyabrın 2-də NBC-yə deyib: “İnanıram ki, təqvim ilinin sonunadək biz təhlükəsiz və effektli vaksin əldə etdiyimizi rahat söyləyə biləcəyik”.

Vaksin ilk növbədə kimlərə vurulacaq

Potensial vaksinin ilkin olaraq vacib sektorlarda çalışanlara, milli təhlükəsizlik əməkdaşlarına, həssas irqi və etnik qruplara vurulacağı gözlənir, “The New York Times” qəzeti belə yazıb.

İndilik heç bir vaksinin təhlükəsiz və effektli olması sübut olunmayıb. Ancaq Qərbin artıq üç dərman istehsalçısı üçüncü mərhələ sınaqlarına başlayıb. Normal prosedurlara görə, vaksinin təhlükəsiz və effektiv olmasının təsdiqlənməsi aylar çəkir.

“Hazır olmaq məntiqli addımdır”, – Filadelfiya Uşaq Xəstəxanasından doktor Pol Offit (Dr. Paul Offit) deyib. O, Ərzaq və Dərman Administrasiyasının (FDA) vaksin məşvərət komitəsinin üzvüdür.

Tənqidlərə baxmayaraq, FDA vaksinin sınaqlar bitməmiş vaxtından əvvəl şəkildə təsdiqlənməsinin mümkünlüyünü bildirib. Birləşmiş Ştatlarda indiyədək koronavirusa 6 milyondan çox yoluxma təsdiqlənib, 185 mindən artıq xəstə vəfat edib.

Ölü sayı, virusun iqtisadi fəsadları Trampın yenidən seçilmək şanslarına kölgə salıb. Rəy sorğuları onun Demokratlardan rəqibi, keçmiş vitse-prezident Co Baydendən (Joe Biden) 8 faiz geri qaldığını göstərir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG