Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Sentyabrda baxılmalı filmlər


"Tenet". Afişa
"Tenet". Afişa

BBC sentyabrda kinoteatrlarda və striminq xidmətlərində baxılmalı olan doqquz filmin siyahısını dərc edib. Onlardan bəzilərini sizə təqdim edirik.

Tenet (Səbəb)

Qeyd edilir ki, bu mövsümdə kino həvəskarlarını kinoteatrlara cəlb edə biləcək bir film varsa, o da Christopher Nolan-ın "Tenet" filmidir. Fantastika janrında çəkilmiş bu blokbasterin həm konsepsiyası, həm də büdcəsi yüksəkdir. John David Washington müəmmalı silahlar haqda öyrənən və zamanın içərisində hərəkət edə bilən gizli agentdir. Onun missiyası Kenneth Branagh-nun oynadığı sadist ukraynalı silah alverçisini tapmaqdır. Yazıda deyilir ki, "Tenet" sonuncu aktına "Back to the Future 2" və "Edge of Tomorrow" filmlərini sığışdırmış Bond filmi kimidir. Kinoteatrların bağlı olduğu, yeni filmlərin çıxmadığı altı aydan sonra ekzotik məkanlar, gözəl kostyumlar, atışma və partlayışlarla dolu filmə baxmaq 2 saat yarıma ötən yarım ilin əvəzini çıxmaq kimi olacaq. Film ABŞ və Rusiyada sentyabrın 3-ü ekranlara çıxmalıdır.

Mulan

"Mulan" filminin qırmızı xalılı qala premyerası martın 9-da Los-Ancelesdə olub. Ancaq filmin geniş auditoriya qarşısına çıxarılması məlum səbəblərdən ləngiyib. Niki Caro-nun 1998-ci ildə çəkilmiş məşhur cizgi filmi əsasında yaratdığı bu layv-ekşn filmi hazırda "Disney Plus" kanalında premium üzvlük alanlara göstərilir. "O, tarixə birbaşa şirkətin striminq kanalına yerləşdirilmiş ilk böyük film kimi düşəcək", – BBC yazır. Ancaq onun böyük ekrana çıxarılmaması məyusluq yaradır. "Mulan" filmində böyük döyüş səhnələri və çox gözəl dağ mənzərələri var. Özünü kişi kimi qələmə verən çinli qız (Yifei Liu) imperatorun ordusuna daxil ola bilir.

Film sentyabrın 4-dən "Disney+" kanalında strim olunacaq.

I'm Thinking of Ending Things (Bunları bitirməyi düşünürəm)

"I'm Thinking of Ending Things" filmində Jessie Buckley-nin oynadığı gənc qadın yeni sevgilisi (Jesse Plemons) ilə valideynlərinin fermasına gedir. Ancaq özünü zaman içərisində irəli-geri hərəkət edən və reallıqdan çıxan vəziyyətdə tapır. Iain Reid-in psixoloji qorxu romanı əsasında çəkilən filmin ssenari müəllifi və rejissoru Charlie Kaufman-dır. O, "Eternal Sunshine of the Spotless Mind" və "Being John Malkovich" kimi filmlərin də ssenarisini yazıb. Filmdə bir qədər sürrealizm və ağrılı mövcudiyyət qorxusu hiss edə bilərsiniz.

Film sentyabrın 4-dən "Netflix"də olacaq.

About Endlessness (Sonsuzluq haqqında)

"Songs from the Second Floor", yaxud "You, the Living" filmlərini görənlər bilirlər ki, isveçli Roy Andersson kinoda komik, absurd və dərin vinyetlərin ustasıdır. Onun filmləri depressiv Monty Python skeçlərinin toplusu kimidir. Burada "zombi kimi solğun isveçlilər" ən qəribə situasiyalarda özlərini elə aparırlar ki, sanki bu, ən adi vəziyyətdir.

Film Danimarkada sentyabrın 3-ü, Almaniyada 17-si, ABŞ-da 18-i kinoteatrlara çıxacaq.

The Glorias (Qloriyalar)

Film amerikalı feminist və siyasi fəal, yazıçı və jurnalist Gloria Steinem-in həyatı haqdadır.

"Frida" və "Across the Universe" filmlərinin müəllifi olan Julie Taymor bu filmə qəhrəmanın müxtəlif yaşlarını oynamaq üçün Julianne Moore, Alicia Vikander, Lulu Wilson və Ryan Kiera Armstrong-u dəvət edib. Bəzi səhnələrdə müxtəlif Qloriyalar görüşüb çoxillik öyrənmə və kampaniya təcrübələri haqda söhbət edirlər.

Filmə ABŞ və Kanadada sentyabrın 3-dən "Amazon Prime"da baxmaq mümkün olacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG