Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Qubernator prezidenti Kenoşaya getməməyə çağırır


Vaşinqtonda etiraz aksiyası
Vaşinqtonda etiraz aksiyası

ABŞ Prezidenti Donald Trampdan xahiş olunur ki, bu həftə Viskonsin ştatının Kenoşa şəhərinə planlaşdırılan səfərinə yenidən baxsın. Bir həftə qabaq afroamerikalının polis tərəfindən güllələnməsindən sonra şəhəri zorakılıq bürüyüb.

Tramp sentyabrın 1-də Kenoşaya gedərək hüquq-mühafizə rəsmiləri ilə görüşməyi, iğtişaşların vurduğu ziyanı nəzərdən keçirməyi planlaşdırır.

Viskonsin Qubernatoru, Demokrat Toni Evers isə prezidenti səfərə yenidən baxmağa çağırıb. Evers avqustun 30-da Trampa ünvanlandığı məktubda qeyd edib ki, bu səfərin “bizim bölücülüyü aradan qaldırmaq və birlikdə irəliləmək işimizi yalnız yubadacağından” narahatdır.

Ölənlər və saxlanan var

100 min əhalisi olan Kenoşa Çikaqodan şimalda yerləşir və üç gün davam etmiş iğtişaşlar və talandan özünə gəlməyə çalışır. Avqustun 23-də Ceykob Bleykin polis əməkdaşı tərəfindən arxadan güllələnməsi etirazlara səbəb olub.

Üç gün sonra küçə etirazında üç nəfər öldürülüb, 17 yaşlı bir nəfər isə saxlanıb. O, silahla etiraz aksiyasına qoşularaq biznesi talançılardan qorumaq istədiyini açıqlayıb.

Tramp noyabrın 3-də təkrar prezident seçilmək üçün apardığı kampaniyada hüquq və asayişi önə çəkir. O, son üç ayda iğtişaşlar baş vermiş şəhərlərin demokratlardan olan merlərini ittiham edib. Amerikalılar son aylar etirazlara çıxaraq polisin qaradərililərlə rəftarına qəzəblərini ifadə edir, irqi ədalət tələb edirlər.

Oreqon ştatının Portlend şəhərində avqustun 29-da baş verən etirazda da ölən olub. Trampın 2 min 500-dək tərəfdarı bir neçə yüz maşınla şəhər boyunca konvoy yaradıb, “Black Lives Matter” hərəkatının fəalları ilə toqquşmalar olub.

Prezident demokrat merləri suçlayır

Tramp avqustun 30-da Twitter-də “kütlə itaətsizliyi” ilə bağlı xəbərdarlıq edib, “zəif” Demokrat liderlərin yetərincə qətiyyətlə davranmadığını deyib.

“Demokratların idarə etdiyi, cinayətkarlığın yüksək olduğu şəhərlərdə zorakılığı yalnız güc yoluyla dayandırmaq olar!” – prezident yazıb.

Tramp dəfələrlə bildirib ki, mer Ted Uiler iğtişaşları yatırda bilməsə, federal hökumət qüvvələrini şəhərə yeridəcək.

Prezident Demokrat Uileri “səriştəsiz” adlandırıb. O, Twitter-də yazıb ki, Portlend əhalisi də “böyük Ölkəmizin digər şəhərləri və hissələrində olduğu kimi hüquq və asayiş istəyirlər”.

Uiler isə Trampı “nifrət və bölücülük” yaymaqda ittiham edib. O deyib ki, amerikalılar Trampın müxtəlif qruplara şifahi hücumlarına dözüblər: “Cənab Prezident, siz ciddi şəkildə maraqlanırsınızmı ki, niyə onillər ərzində ilk dəfə olaraq Amerikada bu həddə zorakılıq baş verir?”

Trampın seçkidə rəqibi Co Bayden prezidenti zorakılığı alovlandırmaqda ittiham edib.

“O düşünə bilər ki, küçələrdə müharibə onun təkrar seçilmə şanslarını artırır, ancaq bu, prezident idarəçiliyi deyil, hətta təməl insani ürəyiyanma da deyil”, – deyən Bayden bütün tərəflərdən zorakılığı pisləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG