Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:03

Viskonsində bir nəfər öldürülüb, iki nəfər yaralanıb


Viskonsində etirazlar
Viskonsində etirazlar

Artıq üçüncü gecədir polisin afroamerikalını naməlum şəraitdə güllələməsinə etiraz aksiyaları keçirilir

ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərinin küçələrində atışmada azı bir nəfər öldürülüb, iki nəfər yaralanıb. Artıq üçüncü gecədir polisin afroamerikalını naməlum şəraitdə güllələməsinə etiraz aksiyaları keçirilir.

Avqustun 26-da sosial mediada yayılan videolarda mülki şəxslər arasında atışma getdiyi görünür, bir neçə nəfər silahla bir nəfərə doğru qaçır. Başqa bir videoda həmin şəxsin ona tərəf qaçanlara atəş açdığı görünür, arxa fonda da atəş səsləri eşidilir.

Bu zorakılıq Viskonsin qubernatorunun Kenoşada fövqəladə vəziyyət elan etməsindən sonra baş verib. Kenoşa Miluoki və Çikaqo arasında yerləşir.

Fövqəladə vəziyyət elan olunub

29 yaşlı Ceykob Bleyk avqustun 23-də Kenoşada polis tərəfindən bir neçə dəfə güllələnəndən sonra iflic olub və hazırda xəstəxanada “həyatı uğrunda mübarizə aparır”. Açıqlamanı onun ailəsi və vəkilləri verib.

Viskonsin qubernatoru Toni Evers fövqəladə vəziyyət elan edib, 100 min əhalisi olan şəhərdə iki gecə iğtişaşlardan sonra əlavə Milli Qvardiya qüvvələri yerləşdirəcəyini deyib.

Avqustun 25-də keçirilmiş mətbuat konfransında Bleykin valideynləri güllələnmə hadisəsindən kədərləndiklərini bildirib, iki gecə davam etmiş qarət, vandalizm və yanğınları pisləyib. İğtişaşlarda onlarla binaya ziyan dəyib.

“Onlar oğluma yeddi dəfə atəş açıblar. Yeddi dəfə! Sanki onun həyatının heç bir mənası yox idi. Mənim oğlumun həyatının mənası vardı. O, insandır və həyatının mənası var”, – Ceykob Bleykin atası deyib.

Avqustun 23-də baş vermiş insidenti yoldan keçən çəkib. Bleyk SUV avtomobilinin qarşısında gedir, polis isə silahını çəkib. O daha sonra sürücü tərəfdən qapını açır, maşının içinə əyilir, polis onun köynəyini dartır. Bleyk arxasını çevirəndə polisin yeddi dəfə atəş açdığı eşidilir. Ancaq Bleykə neçə güllənin dəydiyi bəlli deyil.

Polis məişət mübahisəsinə cavab verdiklərini deyiblər, ancaq atəşə nə səbəb olduğu açıqlanmayıb.

Polis əməkdaşlarının avtomobildə atəşə səbəb olacaq nə dedikləri də bəlli deyil. Yaxud atəşi bir, yaxud hər iki əməkdaşın açdığı bilinmir.

Məlumata görə, polis Bleykə atəş açanda onun üç övladı SUV-un arxa oturacağında əyləşibmiş.

Başqa bir bucaqdan yayılmış videoda isə Bleykin üç polis əməkdaşı ilə əlbəyaxa olduğu görünür.

Polislərin cəzalandırılması tələb olunur

Hadisə yerində olmuş üç polis əməkdaşı administrativ məzuniyyətə buraxılıb.

İnsident hazırda Viskonsin Ədliyyə Departamenti tərəfindən araşdırılır.

Məhkəmə sənədlərinə görə, üçüncü dərəcəli cinsi təcavüz, başqasının əmlak hüququnu pozmaq, məişət zorakılığı ittihamları ilə iyulda Bleykin həbsinə order çıxarılıbmış.

Mayda Minneapolisdə afroamerikalı George Floyd polis əməkdaşları tərəfindən öldürüləndən sonra ölkədə irqi ədalətsizliyə etirazlar başlandı. Son insident isə Kenoşa və digər şəhərlərdə vəziyyəti daha da qızışdırıb.

Demokrat Partiyasından qubernator Evers iğtişaşları idarə etməsinə görə respublikaçıların artan təzyiqilə üzləşib.

“Biz sistematik irqçilik və ədalətsizlik siklinin davam etməsinə icazə verə bilmərik. Biz ziyan və dağıntı yoluyla davam edə bilmərik”, – Evers söyləyib.

Bleykin güllələnməsi ölkə boyunca etirazlara və həbslərə yol açıb. Fəallar güllələnmə hadisəsində əli olan polis əməkdaşları işdən çıxarılıb cinayət məsuliyyətinə cəlb olunmayanadək nümayişlərin davam edəcəyini deyirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG