Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:37

Qubadlının işğalından 27 il ötür


Azərbaycan artilleriyası. 1992

Bu gün, avqustun 31-i Azərbaycanın Qubadlı rayonunu Ermənistan silahlı qüvvələrinin işğal etməsinin 27-cü ili tamam olur.

Rayon 1933-cu ildə təşkil edilib. Bir şəhər və 93 kənd olmaqla, 94 yaşayış məntəqəsini özündə birləşdirib. İşğal ərəfəsində əhalisi 30 min nəfərə yaxın olub.

Qarabağ savaşının getdiyi bir vaxt Qubadlı rayonunda 5 il müddətində torpaqların müdafiəsi ilə bağlı 250 civarında şəxsin həlak olduğu bildirilir. Onlardan 10-a yaxın şəxs Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Qubadlı rayonu işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bildirilir. Həmin işğallardan təqribən üç ay əvvəl Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında N saylı hərbi hissə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi. Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilmişdi. Üstəlik, o, prezident səlahiyyətlərini icra edirdi. Polkovnik S.Hüseynov isə sonradan H.Əliyevin təklifi ilə baş nazir postuna gətirilmişdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Multimedia

XS
SM
MD
LG