Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 04:13

Qobustan həbsxanasında məhkum və əməkdaşlarda koronavirus aşkarlanıb


Azərbaycanda həbsxana, arxiv foto

“Aparılmış testlər nəticəsində avqustun 29-da 188 nəfər yeni yoluxma halı qeydə alınmaqla ölkə üzrə koronavirusa yoluxma sayında müəyyən dərəcədə artım müşahidə olunub. Artımın səbəbləri araşdırılıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasında və “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində yoluxma ocaqları müəyyən edilib”

Bu barədə bu gün, avqustun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayılıb.

“Beş nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum...”

Qurumdan verilən məlumata görə, aparılmış müayinələr nəticəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qəsəbəsində yerləşən həbsxanasının 2 əməkdaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb:

“Dərhal həmin əməkdaşların təmasda olduqları həbsxana heyəti və məhkumlar təcrid olunub və onlar COVID-19 müayinəsindən keçirilib. Beş nəfər həbsxana əməkdaşı, 19 nəfər məhkum olmaqla 24 nəfərdə COVID-19 müayinələrinin nəticələri pozitiv çıxıb. Virusa yoluxmuş şəxslərin sağlamlıq durumu kafidir, onların əksəriyyətində xəstəlik simptomsuz keçir, ağırlaşma halları müşahidə olunmur”

Qərargahdan bildirildiyinə görə, hazırda Qobustan həbsxanasında ciddi epidemioloji nəzarət tətbiq edilib və virusun yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Şirkətin 20 əməıkdaşında...

“Növbəti yoluxma mənbəyi “AZFEN” Birgə Müəssisəsinin Bayıl istehsalat sahəsində müəyyən edilib. Şirkətin əməkdaşlarından götürülmüş test nümunələrinin 20-nin nəticələri pozitiv olub. Hazırda həmin müəssisədə epidemioloji vəziyyətin stabilləşdirilməsi istiqamətində profilaktik və əks-epidemik işlər aparılır.”,qərargah qeyd edib.

Azərbaycanın cəza çaəkmə müəssisələrində bundan əvvəl də yoluxma hallları aşkarlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 25 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 843 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyə qədər 36 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 529 nəfərin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG