Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:26

R.Qazıyev ev dustaqlığına buraxılmayıb


Rəhim Qazıyev: 'Mən 'Şuşa getsə, başıma güllə çaxacam' deməmişəm'
Gözlə

No media source currently available

0:00 0:30:42 0:00

Rəhim Qazıyev: 'Mən 'Şuşa getsə, başıma güllə çaxacam' deməmişəm'

Bakı Apellyasiya Məhkəməsi keçmiş müdafiə naziri Rəhim Qazıyevin ev dustaqlığına buraxılması ilə bağlı verdiyi apellyasiya şikayətini təmin etməyib.

Bu barədə R.Qazıyevin vəkili Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmədən R.Qaziyevin 78 yaşı olması, koronavirus pandemiyası dövründə həbsdə yaşlı insan kimi risk qrupuna düşməsi və Bakıda daimi qeydiyyatda olmasını nəzərə almasını xahiş etmişdi. Lakin məhkəmə bu xahişi nəzərə almayıb.

Bir müddət əvvəl R.Qazıyevin vəkili Elçin Sadıqov onun ev dustaqlığına buraxılması üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə müraciəti təmin etməmişdi. Bundan sonra müdafiə tərəfi məhkəmə qərarından apellyasiya şikayəti vermişdi.

Xatırlatma

Rəhim Qazıyevi bu il iyulun 13-də Dövlət Təhlükəsizliyi Xidməti Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlayıb.

R.Qaziyev ittiham olunduğu maddələr üzrə özünü təqsirli bilmir.

O, 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.

R.Qaziyev 1993-cü ilin payızında həbs edilib.1994-cü ildə onun həbsdən qaçdığı bildirilir. Hərçənd, R.Qaziyev həmin vaxt ona qarşı təxribat hazırlandığını deyir.

1995-ci il mayın 12-də R.Qazıyev üç maddə ilə (külli miqdarda dövlət əmlakını talamaq, vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilib.

1996-cı ildə saxlanaraq yenidən həbs edilib. 2003-cü ildə onun haqqında hökm 15 il həbs cəzası ilə dəyişdirilib.

O, 2005-ci ildə əfv sərəncamı ilə azadlığa çıxıb.

XS
SM
MD
LG