Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:32

Kabildə aktrisa güllələnib


Saba Sahar

Əfqanıstanın tanınmış aktrisası və qadın hüquqları fəalı Saba Sahar paytaxt Kabildə güllələnib.

44 yaşlı aktrisa avqustun 25-də məruz qaldığı hücumdan sonra xəstəxanaya aparılıb və əməliyyatı uğurlu keçib, həyat yoldaşı belə deyib.

Silahlılar Saharın olduğu avtomobilə atəş açıblar, onun mühafizəçisi və sürücüsü də yaralanıb.

Hücuma görə məsuliyyəti götürən olmayıb.

Sahar Əfqanıstanın tanınmış aktrisalarındandır, həm də kinorejissor və qadın hüquqları fəalı kimi fəaliyyət göstərir.

Onun əri BBC-yə deyib ki, xanımı evdən çıxandan beş dəqiqə sonra atəş səsləri eşidib.

Emal Zaki-nin sözlərinə görə, həyat yoldaşını çağıranda deyib ki, onu qarnından vurublar.

Sosial mediada yayılmış fotolarda Saharın avtomobilinin güllədən deşik-deşik olduğu görünür.

XS
SM
MD
LG