Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:32

Tutulan Ermənistan zabitinə 5 maddə ilə cinayət işi açılıb


Gurgen Alaverdyan, (Azərbaycan müdafiə nazirliyinin yaydığı foto) 23 avqust 2020

Azərbaycan Baş Parokurorluğu bildirir ki, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan haqqında cinayət işi açılıb.

Qurumun açıqlamasına görə, O, Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 276 (casusluq) və 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma)maddələri ilə ittiham edilir.

Ona habelə, 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə də ittiham verildiyi qeyd olunur.

“Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin peşəkar əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmışdır" deyə Prokurorluq bildirir.

Həmin ittihamlar üzrə şəxsə ömürülk həbsə qədər cəza verilə bilər. Azərbaycan Müdafiə Nazirliyi (AMN) bildirmişdi ki, avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

“Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan, əsir götürülüb.”, AMN-nin açıqlamasında yazılmışdı.

Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Shushan Stepanian isə özünün facebook səhifəsində bildirib ki, həmin şəxs avqustun 22-də saat 19:30 radələrində döyüş mövqeyini yoxlamaq üçün posta gedərkən əlverişsiz hava şəraiti səbəbindən azıb və itkin düşüb. Nazirlik sözçüsü onun diversiya qrupunun rəhbəri olması ilə bağlı məlumatı dezinformasiya adlandırıb.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir. Bu münaqişə ilə bağlı hazırda Azərbaycan və Ermənistan silahlı qüvvələri üzbə-üz mövqeylər tutublar.

Multimedia

XS
SM
MD
LG