Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 12:08

Merkel Rusiyanı Navalny-ni zəhərləyənləri tapıb cəzalandırmağa çağırır


Angela Merkel və Vladimir Putin , arxiv foto

Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Heiko Maas Rusiya hakimiyyətini müxalifət lideri Aleksei Navalny-nin zəhərlənməsinin bütün təfərrüatlarını təcili araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırıblar.

Merkel və Maas belə bir bəyanatı avqustun 24-də ''Charite '' xəstəxanasının Aleksei Navalny-nin zəhərlənməsi ilə bağlı yaydığı açıqlamadan sonra veriblər.

‘Charite’ klinikası: Navalny zəhərlənib

Beləki xəstəxananın bazar ertəsi yaydığı açıqlamada rusiyalı müxalifət lideri Aleksei Navalny-nin "xolinesterazanın inhibitorları qrupu"ndan olan toksiki maddənin təsirinə məruz qaldığı deyilir. Aşıqlamada deyilir ki, xüsusi maddə hələlik məlum deyil və daha geniş miqyaslı təhlil başlanıb.

2018-ci ildə İngiltərənin Solsberi çəhərində Sergey Skripal’la onun qızına qarşı sui-qəsd cəhdində bu qrupa daxil olan "noviçok" zəhərli maddəsindən istifadə olunub.

Son 20 ildə olan hay-küylü zəhərlənmələr
Son 20 ildə olan hay-küylü zəhərlənmələr

Avqustun 20-də Tomskdan Moskvaya dönən Alexei Navalny-nın səhhəti birdən-birə kəskin pisləşib. Onun olduğu təyyarə Omsk hava limanına təcili eniş edib. O, tez bir zamanda 1 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. İki gecə həmin xəstəxanada koma vəziyyətində qalıb.

Xəstəxananın baş həkimi ilkin olaraq ona maddələr mübadiləsinin pozuntusu diaqnozu qoyulduğunu açıqlayıb. Əlavə edib ki, belə bir vəziyyət onun qanında şəkərin səviyyəsinin düşməsinə səbəb olub. Alexei Navalny avqustun 22-də xüsusi təyyarə ilə Omskdan Berlinə gətirilib.

XS
SM
MD
LG