Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:02

Navalny ‘çox güman’ zəhərlənib – Almaniya hökuməti


Navalny Berlində xəstəxanada
Navalny Berlində xəstəxanada

Almaniya hökuməti bildirir ki, Kremlin tənqidçisi Aleksei Navalny “çox güman” zəhərlənib və Berlin xəstəxanasında müalicə aldığı müddətdə ona şəxsi mühafizə lazımdır.

“Biz çox güman, zəhərlənmiş xəstəylə işləyirik”, – Kansler Angela Merkel-in sözçüsü Steffen Seibert Berlində jurnalistlər deyib.

“Kiminsə cənab Navalny-ni zəhərləməsinə, kiminsə onu güclü zəhərləmisən şübhələr var, təəssüf ki, Rusiyanın yaxın tarixində buna nümunələr var və dünya bu şübhəyə çox ciddi yanaşır”, – Seibert vurğulayıb.

“Zəhər hücumuna müəyyən ehtimal olduğundan mühafizə gərəkdir”, – Seibert mətbuat konfransında vurğulayıb.

Navalny-nı müalicə üçün Almaniyaya aparmağa çalışırlar
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Navalny-nin ilkin olaraq müalicə aldığı Omskun regional səhiyyə nazirliyi avqustun 22-də bildirib ki, Navalny-nin sidiyində kafein və alkoqol tapılıb, “qıcolma yaradan, yaxud sintetik zəhər aşkarlanmayıb”.

Almaniya hökumətinin Şərqi Avropa üzrə koordinatoru Dirk Wiese ZDF ictimai televiziyasına deyib ki, rusiyalı dissidentin vəziyyəti sabit ağırdır və polis ehtiyat tədbiri kimi xəstəxananı qoruyur.

Sosial media postlarında xəstəxana əttafında polis əməkdaşlarının sayının artdığı görünür.

“Navalny-ni ağır vəziyyətə nəyin saldığı hələ aydınlaşmayıb”, – Wiese deyib.

***

Sibirdəki xəstəxana həkimlərə təzyiq göstərilmədiyini deyir

Kremlin tənqidçisi Aleksei Navalny-nin müalicə aldığı Omsk xəstəxanasının baş həkimi, tibbi personalın yerli hakim orqanların təzyiqinə məruz qalmadığını deyir.

Omsk Təcili Yardım Xəstəxanasının baş həkimi Aleksandr Murakhovsky hər hansı təzyiqin olmadığını, tibbi heyətin Navalny-ni dərhal aeroportdan xəstəxanaya apardığını söyləyib.

“Xəstənin müalicəsinə heç bir müdaxilə olmayıb və ola da bilməzdi. Pasiyentin şəxsi həkimi olub, bütün qərarlar kollegial qaydada verilib, hər bir konsultasiyada müxtəlif qurumlardan 10-dək həkim iştirak edib”, – Murakhovsky vurğulayıb.

Hüquq-mühafizə əməkdaşlarının Omsk xəstəxanasına niyə getməsinə gəlincə, Murakhovsky deyib ki, onların kim olduqlarını, “nə isə etdiklərini söyləyə bilməz”.

Navalny-nin dostları həkimləri onun Almaniyaya göndərilməsini yubatmaqda ittiham edib. Ancaq xəstəxana direktorunun müavini Anatoly Kalinichenko avqustun 24-də deyib ki, həkimlər siyasətçinin həyatını xilas ediblər.

“Fikrimcə, uğurlu işlədik, bir həyatı xilas etdik, onun vəziyyətini sabitləşdirdik, böyük diaqnostik araşdırma apararaq düzgün diaqnoz təyin etdik...”, – Kalinichenko vurğulayıb.

***

Navalny Sibirə səfəri zamanı ‘izlənib’

Kremlin tənqidçisi Aleksei Navalny Sibirə səfəri zamanı Rusiya federal təhlükəsizlik agentləri tərəfindən izlənib. Bu haqda Rusiyanın “Moskovsky Komsomolets”qəzeti yazıb. Navalny hazırda Almaniyada xəstəxanada müalicə alır, zəhərlənməsilə bağlı şübhələr var.

Qəzetin Rusiya təhlükəsizlik agentliklərindəki mənbələrə istinadla yazmasına görə, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Navalny-nin hərəkətlərini izləyiblər. İzləmə mülkigeyimli əməkdaşlar və CCTV kameraları vasitəsilə həyata keçirilib, qəzet bildirir.

Məqalədə müxalifətçinin harada qalması, dostları ilə nə yeməsi, haralara getməsindən söz açılır. Qəzet bildirir ki, Tomskda oteldə lazım olduğundan daha çox otaq kirayələnib və Navalny qeydiyyata alındığı nömrədə qalmayıb.

"Bu izləmənin miqyası məni qətiyyən təəccübləndirmir. Əvvəl də bunu yaxşı bilirdik”, – Navalny-nin sözçüsü Kira Yarmysh avqustun 23-də Twitter-də yazıb.

“Bu məlumatlar bağlı təəccüblüsü odur ki, onlar tərəddüdsüz hər həsə bu haqda danışıblar”, – o yazıb.

Yarmysh daha öncə deyirdi ki, siyasətçinin Tomsk aeroportunda çay içdikdən sonra zəhərləndiyinə inanır.

Səhhətində iz qalacaqmı

Navalny-nin Rusiyadan çıxarılmasını təşkil etmiş Sülh uğrunda Kino Fondunun təsisçisi Jaka Bizilj “Bild” qəzetinə deyib ki, müxalifət liderinin “zəhər hücumundan” salamat çıxacağına inanır, ancaq səhhətində iz buraxmayacağından əmin deyil.

“Məncə, əsas sual onun zədəsiz çıxacağı və rolunu davam etdirəcəyi ilə bağlıdır. Zədəsiz çıxsa belə, azı bir-iki ay siyasi arenadan kənarda qalacaq”, – Bizilj avqustun 23-də qəzetə deyib.

Yarmysh hər kəsi siyasətçinin durumuyla bağlı istənilən bəyanatı və media məlumatını gözardı etməyə, yalnız həkimlərin sözünü eşitməyə çağırıb.

Almaniya polisi avqustun 23-də Navalny-nin Berlində müalicə olunduğu xəstəxanada təhlükəsizliyi gücləndirilib. ZDF dövlət televiziyasının məlumatına görə, Navalny Almaniya Kansleri Angela Merkel-in qonağıdır və ən yaxşı polis mühafizəsi ilə təmin olunub.

44 yaşlı Navalny Sibirin Omsk şəhərindən xüsusi təyyarə ilə Almaniyaya aparılıb. O, avqustun 20-də Tomskdan Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib, təyyarə Omskda təcil eniş etməli olub.

Rusiyadakı həkimlər siyasətçini buraxmaq istəmir, onu tərpətməyin səhhətinə ziyan vuracağını deyirdilər. Ona maddələr mübadiləsinin pozuntusu ilkin diaqnozu təyin olunub, qanda şəkərin səviyyəsinin kəskin düşdüyü açıqlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG