Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 17:42

Trump-ın müşaviri vəzifəsindən gedir


Kellyanne Conway

Prezident Donald Trump-ın ən nüfuzlu və vəzifədə uzun müddət qalmış müşaviri Kellyanne Conway avqustun sonunda Ağ evdən gedəcəyini açıqlayıb.

2016-cı il prezident seçkisi kampaniyasının son həftələrində Trump-ın seçki qərargahının meneceri olmuş Conway seçkidən dərhal sonra baş müşaviri təyin olunub.

Müşavirin getməsi Trump üçün əlverişsiz dönəmə düşür, çünki o, rəy sorğularında demokratların namizəd Joe Biden-dən geri qalır. Avqustun 24-də isə Respublikaçıların Milli Qurultayı başlanmalıdır.

Conway media qarşısında Trump-ı qətiyyətlə müdafiə etməsilə tanınıb, bu həftəki qurultayda çıxışı planlaşdırılıb.

Conway avqustun 23-də istefa məktubunda yazıb ki, dörd övladıyla daha çox vaxt keçirmək istəyir.

Əri George isə 2016-cı il seçkisindən sonra Trump-ın əleyhinə çıxıb. O, prezidentin açıq tənqidçisi, Linkoln Layihəsinin üzvüdür.

Respublikaçıların bu qrupu Trump-ın 2020-ci il seçkisində yenidən seçilməsini önləməyə çalışır.

XS
SM
MD
LG