Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:05

169 yoluxma aşkarlanıb, 3 ölüm


Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 169 yeni yoluxma faktı qeydə alınıb, 151 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumtı bu gün, avqustun 23-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 35274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32993 nəfər müalicə olunaraq sağalıb, 518 nəfər vəfat edib, aktiv xəstə sayı 1763 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 5432 , ötən müddət ərzində isə ümumilikdə 873777 test aparılıb.

Rəsmi qurumların bildirməsinə görə, bundan başqa, Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var. Azərbaycanda koronavirusa ilk yoluxa halının bu il fevralın 28-də aşkarlandığı açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 23 milyon 410 mindən çox şəxsin yoluxduğu bildirilir.Onlardan da artıq 809 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG