Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:14

Svetlana Tikhanovskaya: dinc insanlara qarşı zorakılığı bağışlamaq mümkün deyil


Svetlana Tikhanovskaya, Minsk, 31 iyul 2020

"Belarus xalqı dinc nümayişçilərə qarşı zorakılığı unuda və bağışlaya bilməz"

Bu sözləri avqustun 21-də Vilnüsdə keçirdiyi mətbuat konfransında Belarus prezidentliyinə namizəd Svetlana Tikhanovskaya deyib. Bu barədə Beynəlxalq Fransız Radiosunun məlumat yayıb.

Svetlana Tikhanovskaya, ölkə rəhbərliyinin vətəndaşları eşitəcəyinə ümid etdiyini bildirib.

Rusiyanın Belorusdakı vəziyyətə müdaxiləsinin mümkünlüyünə gəlincə, Svetlana Tikhanovskaya qonşu ölkələri Belarusun suverenliyinə hörmət etməyə çağırıb.

Belorusa nə vaxt dönəcəyinə gəldikdə, o təhlükəsizliyinə problem olmayacağı bunun tez baş verəcəyini deyib.

Avqustun 20-də Belarus hakimiyyəti Müxalifət Koordinasiya Şurasının yaradılması ilə bağlı cinayət işi açıb. Belə bir şuranın yaradılması və fəaliyyəti dövlət hakimiyyətini ələ keçirmək, eyni zamanda Belarus Respublikasının milli təhlükəsizliyinə xələl gətirmək məqsədi daşıyır, deyə Belarus Baş Prokurorluğunun saytında bildirilir.

Svetlana Tikhanovskaya Belarusda keçirilən prezident seçkilərindən bir gün sonra təhlükəsizlik səbəbindən ölkəni tərk etmək məcburiyyətində qaldığını açıqlayıb. Bu barədə ilk açıqlamanı Litvanın xarici işlər naziri özünün tvitter səhifəsində yazıb.

XS
SM
MD
LG