Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:03

Türkmənistanda telefonlara VPN quraşdıranlar həbs edilib


Türkmənistan hakimiyyəti bloklanmış xidmətlərə çıxışın təşkilinə yardım edənlərə qarşı cəza tədbirlərini gücləndirir. Aşqabadda müştərilərin telefonlarına VPN xidmətini quraşdırdığı üçün təxminən 30 nəfərə yaxın adam 15 günlük həbs edilib. AzadlqıRadiosunun türkmən xidmətinin məlumatına görə, həbs edilənlərə inzibati məcəllənin hansı maddələrinin tətbiq edildiyi məlum deyil. Hüquq-mühafizə orqanlarından bu barədə məlumat ala bilməyən jurnalistlər həbs olunanların cinayət təqibi ilə təhdid edildiyi məlumatlarınən dolaşdığını da bildirirlər.

VPN xidmət təminatçılarına qarşı təzyiqlər xaricdə yaşayan türkmənlərin Türkmənistan hökumətinə qarşı etirazları fonunda güclənib.

Beləki həmin etirazlarda prezident Qurbanqulu Berdimuhammedovun istefası tələb olunur. Radionun məlumatına görə, hakimiyyət etiraz aksiyaları verilişlərinin Youtube və mesencerdə yayılmasının qarşısını almaq istəyir.

Beynəlxalq təşkilatların hər il tərtib etdiyi mətbuat və internet azadlığı indekslərində Türkmənistan sonuncu pillələri tutur. Ölkədə sosial şəbəkələr, təcili mesajlaşma və Azadlıq Radiosunun saytı bloklanıb.

XS
SM
MD
LG