Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Sentyabr, Cümə, Bakı vaxtı 19:29

Məhərrəm ayı başlayıb


Bakıda Aşura. 2018

Azərbaycanda Məhərrəm ayı başlayıb. Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatır, yeni 1442-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2020-ci il avqust ayının 21-nə təsadüf edir.

Məhərrəm ayının 10-u - Aşura günü 2020-ci il avqust ayının 30-na təsadüf edir.

Oktyabrın 8-də Ərbəin (40 günü) olacaq.

Səfər ayı sentyabrın 19-da başlayacaq, 17 oktyabrda başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müraciətində bildirilir ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Xatırlatma

Məhəmməd peyğəmbərin nəvəsi Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən müsəlman ölkələrində onu matəm ayı kimi qeyd edirlər.

Bu ilə qədər hər il minlərlə insan Kərbəlaya toplaşaraq hicrətin 61-ci ilində orada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yasını saxlayıblar.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında davam edir ("Aşura" ərəb dilindən tərcümədə "10-cu gün" deməkdir. Qətliam da Məhərrəm ayının 10-da baş verdiyindən Aşura adı verilib. Eyni zamanda, İmam Hüseyn və tərəfdarlarının hər il 40 mərasimləri də keçirilir).

İslamda Məhərrəm ayında müharibə günah sayılır.

Multimedia

XS
SM
MD
LG