Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:54

'Lotu Quli'nin öldürüldüyü deyilir


N.Səlifov kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınır

Nadir Səlifovun (Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınır) Türkiyənin Antalya şəhərində qətlə yetirildiyi bildirilir.

Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, avqustun 20-də gecə saatlarında N.Səlifov dörd güllə ilə başından yaralanaraq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Həmçinin qeyd edilir ki, qətli törədən şəxs saxlanıb.

Bu məlumatı N.Səlifovun yaxınları və Türkiyə hüquq-mühafizə orqanları, hələ ki, təsdiqləməyiblər.

1972-ci il təvəllüdlü N.Səlifov Gürcüstanda doğulub. O, qətl, pul tələb etmə və başqa ittihamlarla üzləşib, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib.

Multimedia

XS
SM
MD
LG