Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 17:47

Koronavirusa yoluxanların sayı artmaqda davam edir


Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, avqustun 18-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan yayılan məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 34 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 201 nəfər müalicə olunaraq sağalıb, 509 nəfər vəfat edib, aktiv xəstə sayı 1 764 nəfərdir” Qərargahdan vurğulandığına görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 361, ötən müddət ərzində isə ümumilikdə 843 269 test aparılıb.

Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var. Bundan əvvəlki həftələr Azərbaycanda koronavirusa gündəlik yoluxmada azalmanın baş verdiyi qeyd edilirdi.

Həttda, yoluxmanın 100-ə düşdüyü bildirilirdi.Amma son günlər əks proses müşahidə edilir. Dünən, avqustun 17-də ölkədə 124 şəxsin koronavirus infeksiyasına yoluxduğunun aşkarlandığı açıqlanmışdı. Son həftələr ölkədə karantinin sərtləşdirildiyi yerlərdə rejim yenidən yumşaldılıb.Ölkədə martın 24-dən karantin elan edilib.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 22 milyon 110 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq, 778 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG